Elektrik avadanlıqlarının quraşdırılması, təmiri və texniki xidmətini həyata keçirir, minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Elektrik" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Binaların elektrik sistemlərinin təhlükəsiz və fasiləsiz fəaliyyətinin təmin edilməsi;
- İşıqlandırma, rozetka, açar, kabel xətləri və elektrik avadanlıqlarının quraşdırılması, yoxlanılması və təmirinin həyata keçirilməsi;
- Elektrik panelləri, avtomat açarlar, kabellər və torpaqlama sistemlərinin texniki vəziyyətinə nəzarət edilməsi;
- Elektrik nasazlıqlarının, qısaqapanma və digər texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
- Elektrik avadanlıqlarının profilaktik baxış və texniki xidmət işlərinin aparılması;
- Generator və UPS sistemlərinin işinə nəzarət edilməsi, aşkar olunan nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi;
- Elektrik ölçü cihazlarından istifadə etməklə yoxlama və ölçmə işlərinin aparılması;
- Lift, havalandırma və kondisioner sistemlərinin elektrik təchizatı ilə bağlı ilkin texniki yoxlamaların həyata keçirilməsi;
- Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
- İcra olunan işlər, istifadə edilən materiallar və aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Elektrik texniki üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 225 ₼.
21 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Elektrik texniki kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün son tarix 4 dekabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektrik texniki üzrə Bakıda digər açıq elanlar.
Enerji avadanlıqlarının fasiləsiz işini təmin edir və texniki baxış aparır.
Zavodun elektrik şəbəkəsinin istismarı və təmiri üzrə 3 il təcrübəli elektrik texniki tələb olunur
Elektrik dövrələrini qurmaq, sınaqdan keçirmək və nasazlıqları aradan qaldırmaq bacarığı tələb olunur



