Dənizdə elektronik avadanlıqların təmiri və baxımını həyata keçirir, elektrik mühəndisliyi bilikləri tələb olunur.
Vakansiya haqqında
Elektronika mühəndisi
Vector Medical Group şirkəti komandamıza elektronika sahəsində bilikli və praktiki bacarıqları olan Elektronika mühəndisi axtarır.
Şirkət: Vector Medical Group
İş yeri: Bakı
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək.
Vəzifə öhdəlikləri
- Elektron avadanlıqlarda nasazlıqların aşkarlanması və aradan qaldırılması
- Elektron plataların diaqnostikası və təmiri
- Elektrik və elektron sxemlərin oxunması
- Multimetr, osiloskop və digər ölçü cihazları ilə işləmək
- Elektron komponentlərin yoxlanılması və dəyişdirilməsi
- Lehimləmə və plata üzərində təmir işlərinin aparılması
- Şirkətin servis mühəndisləri ilə birlikdə avadanlıqların diaqnostika və təmirində iştirak
Tələblər
- Elektronika, radiotexnika, avtomatika, elektrik mühəndisliyi və ya uyğun texniki sahə üzrə təhsil
- Elektronika üzrə yaxşı nəzəri və praktiki bilik
- Elektron sxemləri oxuma bacarığı
- Lehimləmə və elektron plata təmiri bacarığı
- Texniki nasazlığı araşdırıb səbəbini müəyyən etmə bacarığı
- Məsuliyyətli, diqqətli və öyrənməyə həvəsli olmaq
- İş təcrübəsi üstünlükdür, lakin güclü praktiki biliyi olan yeni məzun namizədlərə də baxılır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş təcrübəsi üstünlükdür, lakin güclü praktiki biliyi olan yeni məzunlara da baxılır.
Elektronika, radiotexnika, avtomatika, elektrik mühəndisliyi və ya uyğun texniki sahə üzrə təhsil tələb olunur.
Elektron sxemləri oxuma, lehimləmə, elektron plata təmiri və texniki nasazlığı araşdırma bacarıqları tələb olunur.
Namizəd elektron poçt vasitəsilə müraciət etməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarElektronika mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Dənizdə elektrik və elektron avadanlıqların texniki xidmətini həyata keçirir, elektrik mühəndisliyi bilikləri tələb olunur.
Elektronika mühəndisi simli elektron sistemlərin dizaynı və mikrokontroller proqramlaşdırması üzrə çalışır.
Elektron sistemlərin və PCB dizaynının hazırlanması və hardware problemlərinin həlli üzrə mütəxəssis.


