İstehsalat proseslərinin optimallaşdırılması və təhlükəsizlik təminatı üçün əməliyyat mühəndisi tələb olunur.
Vakansiya haqqında
Vəzifəyə tələblər:
- Ali və ya orta ixtisas texniki təhsil;
- İstilik Elektrik Mərkəzi (İEM) sahəsində minimum 3–5 il iş təcrübəsi;
- Yüksək analitik düşünmə və problem həll etmə bacarığı;
- Operativ qərarvermə və komandanı idarəetmə bacarığı;
- Xarici dil bilikləri əlavə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- İEM-in bütün struktur bölmələrinin, o cümlədən qazan-turbin sahəsinin, elektrik bölməsinin, kimyəvi su təmizləmə sexinin, avtomatika sistemlərinin (NÖC və A) və mazut təsərrüfatının əlaqəli və fasiləsiz fəaliyyətini təmin etmək;
- İstehsalatın tələbatına uyğun olaraq mazutun, texnoloji buxarın, isti suyun və elektrik enerjisinin müəyyən edilmiş təzyiq, temperatur və keyfiyyət parametrlərinə uyğun fasiləsiz təchizatını və tənzimlənməsini təşkil etmək;
- Avadanlıqlarda nasazlıq və ya qəza halları (qaz sızması, buxar kəmərlərində zədələnmə, elektrik şəbəkəsində enerjinin kəsilməsi və s.) baş verdikdə operativ heyətin fəaliyyətinə rəhbərlik etmək, qəza vəziyyətinin təhlükəsiz şəkildə lokallaşdırılmasını təmin etmək, aidiyyəti istehsalat sahələrini məlumatlandırmaq və rəhbərliyə operativ hesabat vermək;
- İEM-in əsas və köməkçi avadanlıqlarının, o cümlədən buxar qazanlarının, buxar turbinlərinin, kimyəvi su təmizləmə qurğularının və mazut təsərrüfatı kompleksinin cari, orta və əsaslı təmir işlərinin təsdiq edilmiş qrafiklərə, texnoloji reqlamentlərə və sənaye təhlükəsizliyi tələblərinə uyğun həyata keçirilməsinə nəzarət etmək;
- Mazut təsərrüfatına aid çənlərin, qızdırıcıların, nasosların, süzgəclərin və boru xətlərinin texniki vəziyyətinə mütəmadi nəzarət etmək, texniki xidmət və təmir işlərinin vaxtında və keyfiyyətlə icrasını təmin etmək;
- Növbə ərzində baş verən əməliyyatlar, avadanlıqların texniki vəziyyəti və qeydə alınan nasazlıqlar barədə müvafiq növbə hesabatlarının hazırlanmasını və təhvil-təslim prosesinin düzgün aparılmasını təmin etmək.
İş vaxtının norması:
- İş qrafiki: Növbəli
İş yeri:
- İmişli rayonu
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi” qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri İmişli rayonundadır.
İş qrafiki növbəlidir.
İstilik Elektrik Mərkəzi sahəsində minimum 3-5 il iş təcrübəsi tələb olunur.
Ali və ya orta ixtisas texniki təhsil tələb olunur.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçEmail mövzusunda “İstilik Elektrik Mərkəzi üzrə Növbə mühəndisi” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Hidravlik avadanlıqların texniki baxışını və təmirini təşkil etmək üçün 4-5 il təcrübə tələb olunur
Enerji sənayesində avtomatlaşdırma həlləri hazırlayan və texniki təkliflər hazırlayan mütəxəssis.
Layihələrin planlaşdırılması və icrasını idarə etmək üçün Primavera P6 və analitik bacarıqlar tələb olunur




