Vakansiya haqqında

Əsas vəzifələr

  • Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək
  • Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək
  • Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq
  • Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək
  • Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək
  • Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək
  • Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq
  • Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək
  • Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək
  • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq və onun hərəkət və ya hərəkətsizliyi nəticəsində oxşar məlumatların üçüncü şəxslərin sərəncamına keçməməsi ilə əlaqədar qanunla gərəkli olan bütün səyləri göstərmək
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, habelə onların həyat və sağlamlığına təhlükə törədə biləcək hərəkət və hərəkətsizlikdən çəkinmək
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək
  • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək
  • İşə icazə vərəqələri ilə görülməsi nəzərdə tutulan işlərin düzgün yerinə yetirilməsini təmin etmək

Tələblər

  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili biliyinin olması arzuolunandır, Rus dili biliyinin olması arzuolunandır
  • MS Office (Outlook, Word, Excel, PowerPoint) proqramlarında, AutoCAD, Surpac və GIS proqram təminatları ilə işləməyi bacarmağı
  • Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır
  • Müvafiq sahə üzrə Ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • 15/15

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Kəlbəcər
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 oktyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
9 noyabr 2026
Baxış
41

Şirkət haqqında

AzerGold
Mining & Metals · Baku
AzerGold — bütün vakansiyalar

AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Kəlbəcər şəhəridir.

Ən azı 1 il iş təcrübəsi tələb olunur.

MS Office, AutoCAD, Surpac və GIS proqramları ilə işləmək bacarığı tələb olunur.

Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır.

Müvafiq sahə üzrə ali təhsil tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Geotexniki mühəndis üzrə Kəlbəcər şəhərində digər açıq elanlar.

AzerGold
Junior · 1+ ilKəlbəcər
Maaş göstərilməyib1 gün qalıb

Geotexnika üzrə mühəndis sahə tədqiqatları aparır və MS Office, AutoCAD bilikləri tələb olunur.

Data AnalysisAutoCADGeological researchField survey+8
Müraciət et
Star Mining MMC
Junior · 1+ ilKəlbəcər
Maaş göstərilməyib

Mühərrik və reduktorların yağlanmasını həyata keçirir, ən az 1 il təcrübə tələb olunur.

CleaningLubricationMechanical Maintenance
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Geotexnika üzrə mühəndis
Müraciət et