Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Yamacların dayanıqlığını izləmək və potensial geotexniki riskləri müəyyən etmək məqsədilə gündəlik mədən inspeksiyalarını həyata keçirmək;
Süxurların fiziki-mexaniki xüsusiyyətlərini və yeraltı suların geotexniki parametrlərini qiymətləndirmək;
Qazma kernlərinin geotexniki və struktur loglaşdırılmasını (logging) aparmaq;
Laboratoriya və sahə sınaqları üçün süxur nümunələrinin götürülməsində iştirak etmək;
Geoloji və struktur xüsusiyyətlərin müəyyən edilməsi məqsədilə geotexniki xəritələndirmə işlərini həyata keçirmək;
Süxurun möhkəmlik parametrlərinin qiymətləndirilməsi üçün tələb olunan sahə və laboratoriya sınaqlarında iştirak etmək;
Sahə və laboratoriya məlumatları əsasında texniki hesabatların, qrafiklərin və digər geotexniki sənədlərin hazırlanmasına dəstək göstərmək;
Əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit üzrə şirkət prosedurlarına riayət etmək.
Tələblər
Hidrogeologiya, Mühəndis Geologiyası, Geologiya, Dağ-Mədən Mühəndisliyi və ya digər əlaqəli ixtisas üzrə bakalavr təhsili;
Süxur kütləsinin təsnifatı (Rock Mass Classification) üzrə əsas biliklər;
Geotexniki prinsiplər və geoloji məlumatların təhlili üzrə baza bilikləri;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Komandada işləmək və sahə şəraitində fəaliyyət göstərmək bacarığı;
Geotexniki, geoloji və ya əlaqəli sahədə iş təcrübəsi arzuolunandır
İngilis dili biliyi üstünlük hesab olunur.
Məcburi köçkün namizədlərə üstünlük veriləcəkdir
İş şəraiti və şərtləri
İş yeri: Ağdərə, Azərbaycan;
İş qrafiki: Növbəli iş rejimi;
Yaşayış yeri: Şirkət tərəfindən təmin edilir.
Bacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Product Owner-in gündəlik işlərinə dəstək verir və məhsul idarəetmə bacarıqları tələb olunur
SAP SD modulunda iş proseslərini analiz edir, istifadəçilərə dəstək verir və problemləri həll edir.
Məlumatların idarəedilməsi və biznes analitika üzrə layihələri planlaşdırır və icra edir, SQL və Python bilikləri tələb olunur


