HVAC sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə mühəndis, AutoCAD və MS Office bilikləri tələb olunur
Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün İstehsalat Texniki Xidmətinin Texniki Nəzarət və Keyfiyyət şöbəsinə Havalandırma və soyutma sistemləri üzrə mühəndis axtarırıq!
Vəzifə funksiyası:
- Namizəd havalandırma və soyutma sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi, istismar və texniki xidmət proseslərinə nəzarət, layihə sənədlərinin təhlili, uyğunsuzluqların və nasazlıqların səbəblərinin müəyyən edilməsi, eləcə də onların aradan qaldırılması üzrə təkliflərin hazırlanması işlərini həyata keçirəcək.
Sizi hansı öhdəliklər gözləyir?
- Havalandırma, kondisionerləşdirmə və soyutma sistemlərinin texniki vəziyyətinə nəzarət etmək;
- Mühəndis sistemlərinin istismarı, texniki xidməti və layihə həllərinin təhlilini həyata keçirmək;
- Sistemlərdə yaranan nasazlıqların səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üzrə texniki təkliflər hazırlamaq;
- Avadanlıqların iş parametrlərini təhlil etmək, hava sərfi və soyutma yükü ilə bağlı hesablamaları aparmaq;
- Layihə və icra sənədlərini, texniki tapşırıqları və avadanlıq spesifikasiyalarını yoxlamaq;
- Layihə həllərinin faktiki istismar şəraitinə uyğunluğunu qiymətləndirmək və texniki uyğunsuzluqları aşkar etmək;
- Havalandırma sistemlərinin sınaqdan keçirilməsi, hava sərflərinin ölçülməsi və balanslaşdırılması proseslərinə nəzarət etmək;
- Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki tələblərə uyğunluğunu yoxlamaq;
- Texniki hesabatlar, nöqsan aktları və müvafiq təkliflər hazırlamaq;
- Əməyin mühafizəsi, yanğın və texniki təhlükəsizlik tələblərinə riayət olunmasını təmin etmək.
Namizədlərdən tələblərimiz
- Ali təhsil (Havalandırma, mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə);
- Müvafiq sahə (HVAC) üzrə minimum 3 il iş təcrübəsi;
- Mühəndis sistemlərinin istismarı, texniki xidməti və layihələndirilməsi üzrə praktiki biliklər;
- Mərkəzi və yerli havalandırma sistemləri, vurucu və sorucu ventilyatorlar, VRF/VRV, çiller, fan-koyl və split kondisioner sistemlərinin iş prinsiplərini bilmək;
- Hava sərfi, hava kanallarının en kəsiyi, hava sürəti, təzyiq itkiləri və soyutma yükünün hesablanması üzrə biliklər;
- Elektrik və avtomatik idarəetmə sxemlərini oxumaq, SCADA və BMS sistemləri barədə biliklər;
- AutoCAD proqramında mühəndis çertyojlarını oxumaq və onlarla işləmək bacarığı;
- HVAC sistemlərinə aid qüvvədə olan tikinti norma və qaydaları, EN 16798 və EN 12599 standartları barədə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis və ya rus dilində texniki sənədləri oxumaq bacarığı;
- Analitik düşünmə və problem həll etmə bacarığı.
Metropoliten Sizə nə təklif edir?
- Sabit və etibarlı iş mühiti;
- Peşəkar komandada inkişaf və karyera imkanları;
- Metropolitendən ödənişsiz istifadə imkanı;
- Güzəştli nahar təminatı;
- Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkanı;
- Psixoloji dəstək xidməti.
Vakansiyaya müraciət etmək üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə https://hr.metro.gov.az/vacancy/5683 müraciətinizi tamamlaya bilərsiniz.
Uğurlar!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HVAC mühəndisi üzrə bazar adətən 1 200–1 800 ₼ ödəyir, median — 1 525 ₼.
8 açıq vakansiya, 8 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HVAC mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
HVAC sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Ali təhsil (Havalandırma, mexanika mühəndisliyi və ya müvafiq texniki ixtisas) tələb olunur.
Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq vakansiya linki ilə müraciət etmək lazımdır. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHVAC mühəndisi üzrə Bakıda digər açıq elanlar.
HVAC sistemlərinin layihələndirilməsi və sahədə texniki nəzarət üçün 5 il təcrübə tələb olunur
İstilik, ventilyasiya və kondisionerləşmə sistemlərinin layihələndirilməsini və nəzarətini həyata keçirmək üçün mühəndis tələb olunur
HVAC sistemlərinin enerji effektivliyini təhlil edir və enerji auditləri aparır, minimum 3 il təcrübə tələb olunur.




