Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 400–2 500 ₼
Yerləşdirilib
24 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

İş yeri: Tikinti şirkəti

İş rejimi: 6 günlük

Əmək haqqı: 2500 azn + Əlavə


VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Çoxmərtəbəli binaların tikinti prosesinə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi;
  • Monolit dəmir-beton konstruksiyaların (armatur, beton, qəlib) icrasının layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsi;
  • İşçi cizgilərin və layihə sənədlərinin sahədə düzgün icrasına nəzarət;
  • Podratçı və işçi briqadalarının işinin koordinasiyası;
  • Görülən iş həcmlərinin ölçülməsi, yoxlanılması və icra sənədlərinin (aktların) hazırlanması;
  • Tikinti qrafikinin icrasına nəzarət və proseslərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
  • Sahədə texniki problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət

NAMİZƏDƏ TƏLƏBLƏR:

  • Yaş həddi: 35 +
    • Kişi namizədlər

 İnşaat mühəndisliyi üzrə ali təhsil;

Çoxmərtəbəli yaşayış binalarının tikintisində minimum 5 il təcrübə;

 Dəmir-beton işləri üzrə dərin praktiki biliklər;

 Layihə və işçi cizgilərin sərbəst oxunması və sahədə tətbiqi bacarığı;

 Tikinti norma və standartları (AZS, SNİP və s.) üzrə biliklər;

 AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;

Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Silent Park MTKBakıMiddle2 300–2 500 ₼27 gün əvvəl
Construction ManagementTechnical InspectionProject Documentation
Bütün oxşar vakansiyalar
2 400–2 500 ₼
İnşaat mühəndisi
Müraciət et