Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
2 300–2 500 ₼
Yerləşdirilib
19 iyun 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

İş yeri: Company

İş rejimi: 6 günlük

Əmək haqqı: Razılaşma əsasında + əlavə

Biz, Azərbaycanın aparıcı tikinti şirkətlərindən biri olaraq, premium yaşayış kompleksləri və iri miqyaslı layihələrin uğurla həyata keçirilməsi üzrə ixtisaslaşmışıq. Bu istiqamətdə komandamıza təcrübəli Tikinti Mühəndisi axtarırıq.

Vəzifə öhdəlikləri

  1. Çoxmərtəbəli binaların tikinti prosesinə sahədə gündəlik texniki nəzarətin həyata keçirilməsi;
  2. Monolit dəmir-beton konstruksiyaların (armatur, beton, qəlib) icrasının layihə və texniki tələblərə uyğunluğunun təmin edilməsi;
  3. İşçi cizgilərin və layihə sənədlərinin sahədə düzgün icrasına nəzarət;
  4. Podratçı və işçi briqadalarının işinin koordinasiyası;
  5. Görülən iş həcmlərinin ölçülməsi, yoxlanılması və icra sənədlərinin (aktların) hazırlanması;
  6. Tikinti qrafikinin icrasına nəzarət və proseslərin vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
  7. Sahədə texniki problemlərin operativ həlli və rəhbərliyə məlumat verilməsi;
  8. Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət.

Tələblər

  1. Yaş həddi: 40+
  2. Kişi namizədlər

İnşaat mühəndisliyi üzrə ali təhsil;

Çoxmərtəbəli yaşayış binalarının tikintisində minimum 5 il təcrübə;

Dəmir-beton işləri üzrə dərin praktiki biliklər;

Layihə və işçi cizgilərin sərbəst oxunması və sahədə tətbiqi bacarığı;

Tikinti norma və standartları (AZS, SNİP və s.) üzrə biliklər;

AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;

Sahədə operativ qərarvermə, məsuliyyət və komanda ilə işləmək bacarığı.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Pilot Residence MTKKəlbəcərMiddle2 500–3 500 ₼6 gün əvvəl
Construction ManagementAutoCADConstruction Standards
Bütün oxşar vakansiyalar
2 300–2 500 ₼
Mühəndis
Müraciət et