Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Şirniyyat ədədli kateqoriyasındakı (konfetlər, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər ədədli şirniyyat məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Şəkər, un, kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza/invert şərbəti, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Şirniyyat ədədli kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Şirniyyat və qənnadı məmulatlarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə.
  • Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi üzrə(Şirniyyat, qənnadı məmulatları, unlu məmulatlar və ya FMCG sektorunda texnoloq/istehsalat/keyfiyyət istiqamətində ) minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və bazar biliyi: Şirniyyat və qənnadı məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək.
  • Xammal üzrə bilik: Şəkər, un, kakao və kakao məhsulları, şokolad, bitki yağları, süd məhsulları, yumurta məhsulları, şərbətlər, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər şirniyyat xammallarının xüsusiyyətlərini bilmək.
  • Texnoloji proses: Xammalın hazırlanması və dozalanması, qarışdırma, yoğurma, bişirmə, formalaşdırma, bişirilmə, soyutma, krem və içlik hazırlanması, şokoladlama/qlazurlama, dekorasiya və qablaşdırma proseslərini bilmək.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı.
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq.
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Huseyn Javid ave. 202, Blok D
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
19 dekabr 2026
Baxış
127

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat mühəndisi üzrə bazar adətən 700–1 400 ₼ ödəyir, median — 1 200 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

8 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat mühəndisi kimi öz maaşını yoxla

Şirkət haqqında

OBA Marketlər şəbəkəsi
Retail · 5,001-10,000 · Bakı
OBA Marketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş qrafiki həftədə 5 gün, 09:00-dan 18:00-dəkdir.

İş yeri Bakı şəhərindədir.

Qida mühəndisliyi, Qida texnologiyası və ya müvafiq texniki sahədə ali təhsil tələb olunur.

Minimum 5 il təcrübə, o cümlədən 2 il rəhbər vəzifədə iş təcrübəsi tələb olunur.

Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləq tələb olunur.

Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat mühəndisi üzrə Bakıda digər açıq elanlar.

Airswift
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Layihə materiallarının planlaşdırılması və istehsal proseslərinin optimallaşdırılması üçün ən azı 3 il təcrübə tələb olunur

Material PlanningContinuous ImprovementProduction SchedulingInventory control+9
Müraciət et
Maaş göstərilməyib

İstehsalat müəssisəsində texnoloji proseslərin hazırlanması və metallurgiya üzrə mütəxəssis tələb olunur

CAD/CAM programmingMetallurgy
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Şirniyyat kateqoriyası üzrə texnoloq
Müraciət et