Yerləşmə
Azərbaycan
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–800 ₼
Yerləşdirilib
19 iyun 2026
Dillər
Azerbaijani
Son tarix
19 iyul 2026

Vakansiya haqqında

Dondurma istehsalı sahəsində fəaliyyət göstərən şirkətimiz Keyfiyyətə Nəzarət Şöbəsinə məsuliyyətli və diqqətli əməkdaş axtarır.

Əsas vəzifələr:

  • Soyuducu və dondurucu anbarlarda temperatur göstəricilərinə gündəlik nəzarət etmək və qeydiyyatını aparmaq;
  • Məhsulların qəbul, saxlanma və yüklənmə proseslərinin keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;
  • Anbarlarda sanitariya-gigiyena qaydalarına və məhsulların düzgün yerləşdirilməsinə nəzarət etmək;
  • Məhsulların yararlılıq müddətini yoxlamaq;
  • Aşkarlanan uyğunsuzluqları rəhbərliyə bildirmək və hesabatlar hazırlamaq;
  • Daxili keyfiyyət prosedurlarına və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını təmin etmək.

Namizədə tələblər:

  • Ali və ya orta ixtisas təhsili (Qida mühəndisliyi, Texnologiya, Kimya və ya əlaqəli sahələr üstünlükdür);
  • Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi arzuolunandır;
  • Məsuliyyətli, diqqətli və analitik düşünmə bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Komandada işləmək və operativ qərar vermək bacarığı.

Əmək haqqı net 800 Azn + benzin kartı

İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi,döngə 9/21D

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
800–800 ₼
Keyfiyyət üzrə nəzarətçi
Müraciət et