Tikintidə keyfiyyətə nəzarət edir və minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Layihələrdə bütün materialların keyfiyyətini nəzərdən keçirmək, bütün layihə xüsusiyyətlərinə və keyfiyyətinə uyğunluğunu təmin etmək;
- Tikinti sahələrində yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standartlar, layihə sənədləri və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
- İşlər bitdikdən sonra son yoxlama fəaliyyətini həyata keçirmək və işlərin icrasından sonra nəzarət etmək;
- Sahədə istifadə olunan materialların giriş nəzarətini həyata keçirmək;
- Sahədə istifadə olunması planlaşdırılan materialların uyğunluğunu təsdiq etmək;
- İstehsalat üsullarının yoxlanılması və təsdiqlənməsi;
- İstehsalat nəzarəti fəaliyyətinin Keyfiyyət tərəfdən yoxlamalarını aparmaq;
- Tikinti sahələrində işlərinin (xidmətlərin) keyfiyyətinin idarə edilməsi üzrə qeydlər aparmaq və hesabatlar tərtib etmək;
- Açılmış uyğunsuzluq hesabatlarda düzəliş və düzəldici fəaliyyətlər haqqında rəy bildirmək;
- İstehsal nəzarəti zamanı yaranan qüsurları aşkarlamaq və uyğunsuzluq hesabatları açmaq;
- 3-cü tərəfin apardığı yoxlama və sınaqlarda iştirak etmək;
- Düzəliş fəaliyyətlərinə nəzarət etmək;
- Vaxtaşırı ərazidə istehsal prosesinə nəzarət etmək;
- Layihə üzrə Keyfiyyət planı və işin icra üsulu haqqında rəy bildirmək və tətbiqini təşkil etmək;
- Uyğunsuzluq hesabatlarının statusu haqqında məsul şəxsi məlumatlandırmaq;
- Yoxlama və sınaq planlarının yoxlanılması və tətbiqi;
- Gələn Yoxlama Bildirişləri üzrə yoxlama fəaliyyətini həyata keçirmək;
- Sahəyə daxil olan materialın təsdiqlənmiş material ilə eyniliyini izləmək;
- Keyfiyyətlə bağlı iclasları təşkil etmək və aparmaq;
- Şirkətdə, mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil: Müvafiq mühəndislik sahəsi üzrə ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (inşaat sahəsi üzrə);
- Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis və Rus dilləri arzuolunandır;
- Kompüter bilikləri: MS Office;
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 400 ₼ ödəyir, median — 1 050 ₼.
45 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Məvafiq sahədə minimum 3 il iş təcrəbəsi olmalıdır.
Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır.
Məraciət et dəyməsi ilə qeyd olunan linkə daxil olaraq məraciət edin. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Hündürmərtəbəli bina layihəsində mexaniki sistemlərin keyfiyyətinə nəzarət edir, minimum 3 il təcrübə tələb olunur.
Kabel istehsalında keyfiyyətə nəzarət edir, elektrik və materialşünaslıq üzrə təcrübə tələb olunur.
İstehsal və xidmət proseslərinin keyfiyyətinə nəzarət edir, HACCP və ISO 22000 bilikləri tələb olunur.


