Tikinti işlərinin keyfiyyətinə nəzarət edir və ISO standartları üzrə təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Tikinti işlərinin layihə tələblərinə, norma və standartlara uyğunluğuna nəzarət etmək;
- Keyfiyyətə nəzarət planları, prosedurlar və hesabatlar hazırlamaq;
- Sahədə materialların və görülən işlərin keyfiyyətini yoxlamaq;
- Yoxlama və sınaq planlarının hazırlanması və tətbiqinə nəzarət etmək;
- Uyğunsuzluqların (NCR/CAP) müəyyən edilməsi və aradan qaldırılmasını koordinasiya etmək;
- Sub-podratçıların keyfiyyət göstəricilərinə nəzarət etmək;
- Keyfiyyətlə bağlı iclas və yoxlamalarda iştirak etmək.
Namizədə tələblər:
- Ali texniki, xüsusilə İnşaat mühəndisliyi üzrə təhsil;
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
- ISO 9001:2015 və ISO 22000:2018 standartları üzrə bilik və sertifikat;
- Keyfiyyət idarəetmə sistemi və tikinti işlərində keyfiyyətə nəzarət üzrə təcrübə;
- MS Office və AutoCAD proqramlarında sərbəst işləmək;
- Güclü analitik düşünmə və problem həll etmə bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı;
- İngilis dili biliyi arzuolunandır.
İş şəraiti:
- 5 günlük iş rejimi
- 09:00–18:00
- Nahar ilə təmin olunma
- Əmək müqaviləsi
- Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Müraciət üçün CV-nizi “Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 700–1 750 ₼ ödəyir, median — 1 110 ₼.
48 açıq vakansiya, 26 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş 5 günlük rejimdə, saat 09:00–18:00 arasıdır.
Bəli, əmək müqaviləsi ilə işə qəbul edilir.
CV göndərmək tələb olunur, mövzu 'Keyfiyyətə Nəzarət üzrə İnşaat Mühəndisi' olmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİş yeri Bakı şəhərindədir.
Ali texniki təhsil və ən azı 5 il iş təcrübəsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Layihənin keyfiyyət idarəetməsini aparır və beynəlxalq standartlara uyğunluq tələb edir.
Tikinti layihələrində keyfiyyətə nəzarət edir, ISO standartları və 5 il təcrübə tələb olunur
Dəmir-beton işlərinin keyfiyyətinə nəzarət edir, layihə sənədlərini oxumağı bacarır.




