Hündürmərtəbəli bina layihəsində mexaniki sistemlərin keyfiyyətinə nəzarət edir, minimum 3 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İşin Təsviri və Öhdəliklər:
- Hündürmərtəbəli bina layihəsində HVAC, su təchizatı, kanalizasiya və yanğınsöndürmə sistemlərinin quraşdırılması zamanı keyfiyyətə nəzarət etmək;
- Sahəyə daxil olan mexaniki materialların layihə standartlarına və təsdiqlənmiş material siyahısına (Material Approval) uyğunluğunu yoxlamaq;
- Mexaniki sistemlərin test edilməsi (təzyiq testləri, sızdırmazlıq testləri və s.) prosesində iştirak etmək və test hesabatlarını hazırlamaq;
- Görülən işlərin yerli tikinti normalarına (MQT) uyğunluğunu yoxlamaq, uyğunsuzluqlar barədə (NCR) hesabat hazırlamaq və aradan qaldırılmasını izləmək.
Tələblər:
- Təcrübə: Tikinti layihələrində mexaniki təsisat işlərinin keyfiyyətinə nəzarət sahəsində minimum 3 il iş təcrübəsi;
- Təhsil: Sahə üzrə ali mühəndislik təhsili;
- Proqram Bilikləri: AutoCAD və MS Office proqramları;
- Mexaniki sistemlərin qəbul-təhvil və test-tənzimləmə (Commissioning) proseslərinə və sənədləşməsinə bələd olmaq.
Şərtlər:
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: Müsahibə əsasında;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə.
Zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin və məktubun mövzu hissəsində “Mexanik üzrə Keyfiyyətə Nəzarət” qeyd edin.
Komandamıza qoşularaq müasir, funksional və ilhamverici memarlıq məkanlarının yaradılmasına töhfə verin. Sizi komandamızda görməkdən məmnun olarıq!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Keyfiyyətə nəzarət üzrə mühəndis üzrə bazar adətən 650–1 400 ₼ ödəyir, median — 1 050 ₼.
45 açıq vakansiya, 20 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Keyfiyyətə nəzarət üzrə mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
MEC DESIGN MMC prestijli yüksək səviyyəli layihələr üçün yüksək keyfiyyətli memarlıq, MEP və təbii daş işlərini təqdim edən Azərbaycanda aparıcı podratçılıq və təchizat şirkətidir.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKeyfiyyətə nəzarət üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikintidə keyfiyyətə nəzarət edir və minimum 3 il təcrübə tələb olunur.
İstehsalatda keyfiyyətə nəzarət edir, ISO standartları və mühəndis proqramlarını bilir.
Yüksək səviyyəli fit-out işlərinin keyfiyyətinə nəzarət edir və 3-5 il QA/QC təcrübəsi tələb olunur.



