Tikinti işlərinin layihə və texniki sənədlərə uyğun icrasına nəzarət edir, 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
- Lokomomotiv briqadalarının vəzifəsinə aid qüvvədə olan əmrlərin, göstərişlərin, təlimatların və digər normativ aktların tələblərini yerinə yetirmək;
- Elektrovoza texniki xidmət olunması, qatarların daşınmasında və manevr işinin yerinə yetirilməsi üzrə texniki biliyini, peşə ustalığını və ixtisasını artırmasını həyata keçirmək;
- İşə xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunmuş vaxtda gəlmək, gələ bilmədikdə depo növbətçisini dərhal məlumatlandırmaq;
- Elektrovozun qəbulu və təhvili zamanı texniki xidmət üzrə müəyyən edilmiş normativ sənədlərə və yerli təlimatlara ciddi əməl etmək;
- Maşinistlə maşinist köməkçisi arasında danışıq reqlamentini dəqiq yerinə yetirmək;
- Elektrovoza qulluq və texniki xidmət göstərmək üçün maşinist tərəfindən verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək;
- Elektrovozda təhlükəsizlik və radiorabitə qurğularının, detal və aqreqatların işinə nəzarət etməklə, onların yanğından mühafizə qurğularının vəziyyətini yoxlamaq;
- Elektrovoz dayanarkən, ekipaj hissələrin və təkər cütlərinin bukslarının yoxlanmasını həyata keçirmək;
- Elektrovozda nasazlıq aşkar edildikdə onun tezliklə aradan qaldırılması üçün lazımı tədbirlər görmək;
- Elektrovozda olan təhlükəsizlik qurğularının işinə nəzarət etmək;
- Svetoforun qadağanedici göstərişinə doğru hərəkət edərkən, ayaq üstə maşinistə işarənin göstərişini, kontrolerin vəziyyətini və tormoz magistralındakı təzyiqin miqdarını təkrar etmək, qatarın (elektrovozun) dayandırılmasına maşinist tərəfindən fəaliyyət olmadıqda, qadağanedici işarəni keçməmək üçün tədbir görmək;
- Maşinist elektrovozu idarə etmək qabiliyyətini qəflətən itirdikdə qatarı (elektrovozu) dayandırmaq,onun özbaşına hərəkətə gəlməsinə qarşı müəyyən edilmiş qaydada bərkitmək, radiorabitə vasitəsilə yaxınlıqdakı qatarların maşinistlərinə, qatar dispetçerinə və stansiya növbətçisinə məlumat vermək;
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Cəmiyyət "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli Sərəncamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şabran şəhərindədir.
Müraciət üçün son tarix 10 dekabr 2026-cı ildir.
İş xüsusi formada, cədvəl üzrə və ya depo növbətçisinin çağrışı ilə təyin olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKonstruktor köməkçisi üzrə Şabranda digər açıq elanlar.

