Beton və polad konstruksiyaların layihələndirilməsi və sahə nəzarəti üzrə 5 ildən çox təcrübəsi olan mühəndis.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Tikinti layihələri üzrə konstruktiv həllərin hazırlanması və işlənməsi;
- Metal, dəmir-beton və digər konstruksiyaların konstruktiv hesablamalarının aparılması;
- İşçi çertyojların, konstruktiv planların və texniki sənədlərin hazırlanması;
- Layihə və işçi sənədlərin texniki tələblərə və qüvvədə olan tikinti norma və standartlarına uyğunluğunun yoxlanılması;
- AutoCAD və digər layihələndirmə proqramlarında konstruktiv çertyojların hazırlanması;
- Konstruktiv layihələrin memarlıq və digər mühəndislik bölmələri ilə koordinasiyası;
- Tikinti sahəsində layihə həllərinin tətbiqinə texniki dəstəyin göstərilməsi;
- Layihə ilə faktiki tikinti vəziyyəti arasında yaranan uyğunsuzluqların müəyyən edilməsi və konstruktiv həllərin hazırlanması;
- Tikinti sahəsində ölçülərin, konstruktiv elementlərin və görülən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
- Lazım gəldikdə müəllif nəzarəti və sahə baxışlarında iştirak;
- As-Built sənədlərinin hazırlanmasında iştirak;
- Layihə üzrə tələb olunan texniki hesabatların, spesifikasiyaların və iş həcmlərinin hazırlanması;
- Layihə rəhbəri və digər mühəndislərlə koordinasiyalı şəkildə çalışmaq.
Namizədə tələblər
- İnşaat mühəndisliyi, konstruksiya mühəndisliyi və ya əlaqəli ixtisas üzrə ali təhsil;
- Konstruktor / mühəndis-konstruktor vəzifəsində minimum *2 il iş təcrübəsi*;
- Metal və dəmir-beton konstruksiyaların layihələndirilməsi və hesablanması üzrə praktiki bilik;
- Konstruktiv layihələri və işçi çertyojları oxuma və təhlil etmə bacarığı;
- AutoCAD proqramında sərbəst işləmək;
- Tekla Structures, Revit, ETABS, SAP2000, LIRA və ya digər konstruktiv proqramlardan birində işləmək bacarığı üstünlükdür;
- Tikinti norma və standartları, o cümlədən *AzDTN, SNiP, SP, Eurocode* üzrə bilik;
- Texniki sənədləşmə və hesabatların hazırlanması bacarığı;
- MS Office proqramlarında, xüsusilə *Excel və Word*-də işləmə bacarığı;
- Analitik düşüncə və texniki problemləri operativ həll etmək bacarığı;
- Komandada işləmək və digər mühəndislik istiqamətləri ilə effektiv koordinasiya qurmaq bacarığı;
- Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq;
- Tikinti sahəsində operativ işləməyə və zəruri hallarda sahə baxışlarında iştirak etməyə hazır olmaq.
İş şərtləri
- İş rejimi: Tam iş günü
- İş yeri: Bakı şəhəri / tikinti layihələri
- Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə əsasən müsahibə zamanı müəyyən edilir.
Biz nə təklif edirik?
- Peşəkar və dinamik iş mühiti;
- Real tikinti layihələrində iştirak imkanı;
- Peşəkar inkişaf və karyera imkanları;
- Komanda daxilində əməkdaşlıq və inkişaf mühiti;
- Əmək müqaviləsi ilə rəsmiləşdirmə.
Maraqlanan namizədlər CV-lərini göndərərkən mövzu hissəsində “Konstruktor” qeyd etməlidirlər.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində tikinti layihələridir.
Konstruktor / mühəndis-konstruktor vəzifəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Tam iş günü rejimində işləmək tələb olunur.
AutoCAD proqramında sərbəst işləmək və digər konstruktiv proqramlarda işləmək üstünlükdür.
CV-lər mövzu hissəsində “Konstruktor” qeyd edilərək göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKonstruktor mühəndis üzrə Bakıda digər açıq elanlar.
Fit-out sahəsində sahə işlərinin idarə olunması və texniki sənədlərlə işləmək bacarığı tələb olunur.
Avtomobil yollarında kiçik süni qurğuların layihələndirilməsini və armaturlanmasını həyata keçirir, ən azı 3 il təcrübə tələb olunur.
Tikinti və təmir layihələri üçün MEP çertyojlarını hazırlamaq və koordinasiya etmək bacarığı tələb olunur.




