Kolbasa istehsalında avadanlıqları idarə etmək və keyfiyyətə nəzarət etmək tələb olunur
Vakansiya haqqında
Qaymaq Premium yeni istehsalat istiqamətinin genişləndirilməsi və peşəkar komandanın formalaşdırılması çərçivəsində kolbasa istehsalı sahəsində təcrübəli mütəxəssisləri əməkdaşlığa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Kolbasa və ət məhsullarının istehsal prosesində iştirak etmək;
- Ət xammalının ilkin emalı, çeşidlənməsi və hazırlanmasını həyata keçirmək;
- Qiymənin hazırlanması, qarışdırılması və emalı proseslərini bilmək;
- Kolbasa kütləsinin doldurulması və klipslənməsi proseslərini həyata keçirmək;
- Bişirmə, hisəvermə, soyutma və digər texnoloji mərhələlərdə iştirak etmək;
- İstehsalat avadanlıqlarının düzgün istismarını təmin etmək;
- Məhsulun keyfiyyətinə və texnoloji tələblərə uyğunluğuna nəzarət etmək;
- Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədlərə tələblər:
- Məhz kolbasa və ət məhsulları istehsalı sahəsində iş təcrübəsinin olması;
- Kolbasa istehsalının müxtəlif mərhələləri üzrə praktiki bilik və bacarıqlara malik olmaq;
- İstehsalat avadanlıqları ilə işləmək təcrübəsi;
- Müxtəlif növ kolbasa məhsullarının hazırlanması üzrə təcrübə;
- Azərbaycan və Rus dilini bilmək;
- Məsuliyyətli, intizamlı və komandada işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri Binəqədi yolu 100
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
- Rəsmi əmək müqaviləsi.
- Nahar şirkət tərəfindən təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 0552531364
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 600–1 050 ₼ ödəyir, median — 700 ₼.
54 açıq vakansiya, 30 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maşın operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəri, Binəqədi yolu 100 ünvanındadır.
Əmək haqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Bəli, rəsmi əmək müqaviləsi təklif olunur.
Namizədlər öz CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın operatoru üzrə Bakıda digər açıq elanlar.
Metal panellərin elektrostatik toz boya prosesini idarə etmək və keyfiyyətə nəzarət etmək.
Mimaki rəqəmsal çap avadanlığında işləyərək tekstil məhsullarının çap prosesini idarə etmək tələb olunur
İstehsal xəttində məhsulların qablaşdırılması və keyfiyyətə nəzarət bacarığı tələb olunur


