Vakansiya haqqında

Qısa Təsvir

Müəssisə: Heydər Əliyev adına Neft Emalı Zavodu
Struktur vahidi:
İstehsalat Departamenti
Vəzifənin adı: Sahə operatoru (Körpülü kranlar maşinsti)
Vəzifənin məqsədi :

Ekoloji cəhətdən təmiz və səmərəli şəkildə; əvvəlcədən verilən yazılı və şifahi təlimatlar, şirkət standartları, SƏTƏM qaydaları, vəzifə təlimatlarına əsaslanaraq və istismar qaydalarına uyğun olaraq 10 və 16 tonluq körpülü kranları istismar etmək və koks anbarının avadanlıqlarının işinə nəzarət etməkdən ibarətdir.

Əsas vəzifə öhdəlikləri :

  • İş vərdişlərini, işlədiyi sahəni, sahəyə aid standartları və qaydaları bilmək və iş prosesində tətbiq etmək.
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının və gigiyenasının normalara, mülki müdafiənin norma və qaydalarına, həmçinin müəssisədaxili intizam qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə müvafiq tədbir görmək, tabe olduğu şəxslərə və ya səlahiyyətli işçilərə məlumat vermək.
  • Məhsuldarlığı 10 və 16 ton olan körpülü kranlara xidmət etmək.
  • Körpülü kranları işə buraxmaq, dayandırmaq və parametrlərə uyğun iş rejimini tənzimləmək.
  • Reaktorlarda koksun hidravlik üsulla kəsilməsi prosesi gedən vaxt və bu prosesdən sonra reaktorların qarşısında olan çaladakı koksu toplamaq.
  • Toplanmış koks sudan süzüldükdən sonra, onu KL-1 lenti üzərindəki bunkerə tökmək və normalarla koks anbarına nəql etmək.
  • Növbə ərzində körpülü kranların mexaniki və elektrik avadanlıqlarının iş reşiminə nəzarət etmək.
  • Körpülü kranların təmirinə nəzarət etmək.
  • Prosesin verilmiş rejimdən yayınması haqqında baş operatoru xəbərdar etmək və təcili aradan qaldırmaq.
  • Növbə təhvil-təslimini müvafiq prosedura uyğun olaraq icra etmək. Növbə jurnalında aparılmış qeydlərlə tanış olmaq və imzalamaq. Növbəni təhvil verməmiş iş yerini tərk etməmək. Sahədə gedən işlər, gündəlik işlər və növbə kitabında qeyd edilmiş vacib işlər haqqında növbəni təhvil verəcəyi həmkarına şifahi məlumat vermək.
  • İşlədiyi sahədə icra olunacaq təmir fəaliyyətlərinin işə icazə sənədlərinə və proseduruna uyğun olaraq tətbiq olunmasına nəzarət etmək.
  • Yeni avadanlığın quraşdırılması, yoxlanması və istismara buraxılmasında iştirak etmək.
  • Müəyyən olunan aralıqlarla prosedurlara uyğun laboratoriya nümunələrinin müvafiq şəkildə götürmək.
  • İşlədiyi sahənin yanğın və kimyəvi dağılmaya qarşı mübarizə vasitələrinin sazlığına nəzarət etmək.
  • İşlədiyi sahədə mövcud olan bütün məhsul və kimyəvi maddələrin Maddənin Təhlükəsizlik Məlumatı Vərəqini (MTMV) bilmək və müvafiq olaraq tətbiq etmək.

Tələblər :

  • Orta/Peşə-ixtisas təhsilli
  • Körpülü Kran Operatoru / Körpülü Kran Maşinisti ixtisası üzrə diplom və ya sertifikatının (təhsil sənədinin) olması mütləqdir.
  • Qəza veziyətlərində müdaxilə
  • Məsul olacaq qurğu haqqında texniki məlumatlar

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Heydər Əliyev prospekti 121 (SOCAR Tower)
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 noyabr 2026
Son tarix
8 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
64

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

70 açıq vakansiya, 38 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maşın operatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

SOCAR
Oil & Gas · 10,000+ employees · Bakı
SOCAR — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Növbə təhvil-təslimi prosedura uyğun icra olunur, növbə ərzində iş görülür.

Orta/Peşə-ixtisas təhsili və Körpülü Kran Operatoru ixtisası üzrə diplom və ya sertifikat tələb olunur.

Əmək mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və digər qaydalara riayət etmək tələb olunur.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maşın operatoru üzrə Bakıda digər açıq elanlar.

Tam Store
Junior · 1+ ilBakı
1 000–1 200₼

Anbardan sifarişləri düzgün toplayır və keyfiyyətinə nəzarət edir, minimum 1 il təcrübə tələb olunur

Inventory ManagementQuality ControlOrder PickingProduct sorting+1
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
1 200–1 400₼

Ekskavatoru təhlükəsiz idarə edir, qazıntı və torpaq işlərini yerinə yetirir.

Equipment InspectionTechnical MaintenanceExcavator OperationExcavation+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sahə operatoru (körpülü kranlar)
Müraciət et