Vakansiya haqqında

Əsas vəzifə və öhdəliklər:

  • Silo və avadanlıqlarda görünən nasazlıqlar, material sızması, tıxanma, qeyri-adi səs, vibrasiya və digər təhlükəli hallar barədə rəhbərliyə məlumat vermək.
  • Xammalın qəbulu və boşaldılması prosesinə nəzarət etmək.
  • Silolardakı xammalın səviyyəsini izləmək, dolma və boşalma proseslərini müəyyən edilmiş limitlər daxilində saxlamaq.
  • Xammalın düzgün siloya yönləndirilməsini və müxtəlif materialların qarışmasının qarşısının alınmasını təmin etmək.
  • Konveyer, şnek, klapan və dozalama sistemlərini təsdiq edilmiş iş ardıcıllığına uyğun idarə etmək.
  • İstehsalat xəttinə xammalın tələb olunan miqdarda və fasiləsiz verilməsini təmin etmək.
  • İdarəetmə panelindəki göstəriciləri, xəbərdarlıqları və avtomatlaşdırma sisteminin siqnallarını izləmək.
  • Xammalın çatışmazlığı, həddindən artıq dolma, ötürmə prosesinin dayanması və digər kənarlaşmalar barədə növbə rəisinə vaxtında məlumat vermək.
  • İş prosesi zamanı xammalın itkisinin, dağılmasının və çirklənməsinin qarşısını almaq.
  • İş yerinin təmizliyini və səliqəsini qorumaq, xammal qalıqlarının müəssisənin müəyyən etdiyi qaydada təmizlənməsini təmin etmək.
  • Növbənin sonunda işi təhvil vermək və növbəti operatora mövcud vəziyyət, xammal ehtiyatı və aşkar edilmiş problemlər barədə məlumat vermək.
  • Təhlükəsizlik qaydalarına uyğun olaraq, avadanlığın təmizlənməsi və texniki xidmətə hazırlanması proseslərində iştirak etmək.
  • Rəhbərlik tərəfindən vəzifəyə uyğun verilən digər tapşırıqları yerinə yetirmək.

Vəzifədən gözləntilər:

  • Təhsil səviyyəsi: Ali və ya Orta ixtisas təhsil, texniki təhsil üstünlükdür.
  • İş təcrübəsi: 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)
  • Fiziki tələblər:Yoxdur

İş şəraiti:

  • İş Yeri:Yevlax rayonu, Nizami prospekti 2
  • İş qrafiki: 6 günlük
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi
  • Könüllü Tibbi sığorta
  • Nahar şirkət tərəfindən qarşılanaır
  • Servis təminatı
  • Əmək haqqı:Müsahibə əsasında təyin olunur

Maraqlananlar öz CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Silo operatoru” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Yevlax, Nizami prospekti 2
Təcrübə
1–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
14 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
89

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 675 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

61 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Maşın operatoru kimi öz maaşını yoxla

Şirkət haqqında

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Yevlax rayonu, Nizami prospekti 2 ünvanındadır.

İş qrafiki 6 günlükdür, Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi ilə.

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Namizədlər öz CV formalarını göndərməlidirlər, məktubun mövzu bölməsində “Silo operatoru” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Maşın operatoru üzrə Yevlax şəhərində digər açıq elanlar.

700–800₼

Yüklərin qəbulunu, daşınmasını və anbarın səliqəli saxlanmasını təmin edir, anbar təcrübəsi tələb olunur.

Inventory ManagementLoading and unloadingMaterial HandlingOrder preparation+2
Müraciət et
600₼

İstehsalat operatoruna dəstək göstərir, böyük avadanlıqlarla işləməyə maraq tələb olunur.

TeamworkProduction process supportBasic technical troubleshootingMaterial Handling+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Silo operatoru
Müraciət et