Silo avadanlıqlarını idarə edir, üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə bacarığı tələb olunur
Vakansiya haqqında
Şirkətimiz əməliyyat proseslərinin səmərəli təşkili və inkişafı məqsədilə komandasına Silo Operatoru axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Silo bunkerlərində saxlanılan taxılın temperatur və keyfiyyətə nəzarət sistemlərinin idarə edilməsi;
- Silo bunkerlərinin təsdiq edilmiş qrafikə uyğun texniki baxışının və təmirinin həyata keçirilməsi;
- Yem anbarına yemin verilməsi və silolara yemin qəbulunun təmin edilməsi;
- Yem anbarında üyütmə prosesinə nəzarət və üyütmə avadanlıqlarının dövri texniki baxışının aparılması.
Namizədə tələblər:
- Kompüter bilikləri (MS Office və istehsalat proqramları) – mütləqdir;
- Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində iş təcrübəsi – 1 il
- Elektrik və elektronika üzrə orta səviyyədə biliklər – arzuolunandır
- Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi – mütləqdir;
- Temperatur nəzarət sistemləri və sensorlarla işləmə bacarığı;
- Silo avadanlıqlarının (konveyer, şnek, ventilyasiya sistemi və s.) iş prinsiplərini bilməsi;
- Taxılın saxlanması zamanı temperatur və rütubətə nəzarət prinsiplərini bilməsi;
- Hündürlükdə işləmək bacarığı;
- Qəza və nasazlıq hallarında operativ qərar qəbul etmək və rəhbərliyi dərhal məlumatlandırmaq bacarığı;
- Növbəli iş rejimində işləməyə hazır olması;
- Rus dili biliyi – arzuolunandır;
- İngilis dili biliyi – arzuolunandır;
- Məsuliyyətli, diqqətli və intizamlı olması.
İş şəraiti:
- İş qrafiki: süd və ət satışının xüsusiyyətlərinə uyğun növbəli iş rejimi;
- Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir;
- İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Silo Operatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 675 ₼.
61 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maşın operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Şamaxı şəhərində, Şirvan Aqro MMC-dədir.
İş qrafiki növbəli rejimdədir, süd və ət satışının xüsusiyyətlərinə uyğundur.
Silo komplekslərində və ya taxıl saxlama müəssisələrində minimum 1 il iş təcrübəsi tələb olunur.
MS Office və istehsalat proqramları üzrə biliklər mütləqdir.
Üyütmə və yem istehsalı avadanlıqları ilə işləmə təcrübəsi mütləqdir.
Rus və İngilis dili bilikləri arzuolunandır.
CV-lər mövzu hissəsində “Silo Operatoru” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın operatoru üzrə Şamaxı şəhərində digər açıq elanlar.
İstehsalat prosesini idarə edir, avadanlıq göstəricilərini və məhsulun keyfiyyətini yoxlayır.
İstehsalat operatoruna dəstək göstərir, böyük avadanlıqlarla işləməyə maraq tələb olunur.
Bantlama dəzgahına operator köməkçisi kimi kənarbantın düzgün tətbiqini və keyfiyyət yoxlamasını həyata keçirir.


