Filter istehsalı avadanlıqlarını idarə edir və keyfiyyətə nəzarət edir, maşın əməliyyatı bacarığı tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- Paker emalatxanasında müxtəlif növ tutucu, yuyucu, frezləyici və qazma alətlərinin yığılması, quraşdırılması və hazırlanması işlərini həyata keçirmək.
- Quyuağzı avadanlıqların, müxtəlif növ siyirmələrin, tullanışa qarşı avadanlıqların, alətlərin və digər neft-mədən avadanlıqlarının cari və əsaslı təmiri, bərpası, sınaqdan keçirilməsi və yoxlanılması işlərini yerinə yetirmək.
- Sahədə yerləşən avadanlıqların təmiri prosesini həyata keçirmək və onların texniki sazlığını təmin etmək.
- Müxtəlif növ alət və avadanlıqların montaj və demontaj işlərini yerinə yetirmək, onların emalatxanaya və iş sahələrinə daşınmasını təmin etmək.
- UPA/UPT və digər aqreqatlı maçtalı qurğuların quraşdırılmasında iştirak etmək.
- QBQ və digər tip qaldırıcı qurğuların, dəzgahların və qüllələrin çəkilmə və daşınmaya hazırlanması, çəkilməsi, gəmi kranı vasitəsilə daşınması və quraşdırılması işlərini həyata keçirmək.
- Paker emalatxanasına aid avadanlıqların inventarizasiyasını aparmaq.
- Alət və avadanlıqların, müxtəlif yanacaq və sürtkü materiallarının texniki təhlükəsizlik qaydalarına və müvafiq təlimatlara uyğun şəkildə yerləşdirilməsini, saxlanılmasını və çeşidlənməsini təmin etmək.
- Emalatxana və sahələrdə istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, texniki vəziyyətinə və səliqəli saxlanılmasına diqqət yetirmək.
- İşə başlamazdan əvvəl, iş zamanı və iş bitdikdən sonra bütün texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
- Quyuağzı avadanlıqlar və tullanışa qarşı avadanlıqlar (BOP) üzrə biliklər.
- Neft-mədən qurğularının (UPA/UPT, QBQ, qüllə) quruluşunun əsasları.
- Quyu təmirində istifadə olunan alətlərin növləri və iş prinsipləri üzrə biliklər.
- Təhlükəsizlik və risk intizamı.
- Davamlı öyrənmə və təkmilləşdirmə.
- Əməkdaşlıq və komanda işi.
- Məsuliyyət, dürüstlük və hesabatlılıq.
- İnsanlara və iş mühitinə qayğı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Maşın operatoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.
63 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Maşın operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İşə qəbul üçün son tarix 5 dekabr 2026-cı ildir.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaşın operatoru üzrə Bakıda digər açıq elanlar.
İstehsalat proseslərini idarə edir, GMP və təhlükəsizlik qaydalarına riayət etməyi bacarır.
İstehsal xətlərində konfet və şirniyyat istehsalı üzrə maşın operatoru kimi işləmək tələb olunur.
Hazır məhsulları qablaşdırmaq və sanitariya qaydalarına riayət etmək bacarığı tələb olunur.




