Tikinti layihələrində mexanika işlərinin keyfiyyətinə nəzarət edir və AutoCAD bilikləri tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr
- Materialların xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
- Prefabrik beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
- İstehsalda istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
- Armatur karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində yoxlanılması.
- Beton qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə proseslərinə nəzarət edilməsi.
- Təsdiq olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət edilməsi.
- Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənilməsi və qiymətləndirilməsi.
- Material sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
- Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması.
- Aşkar edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak edilməsi.
- Materialların düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi.
- İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması.
- İstehsal zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.
- İstehsal üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi.
- Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi.
- Materialların istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması.
- KT/KН və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.
- Keyfiyyətin idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət edilməsi.
- İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin həyata keçirilməsi.
Tələblər
- Mühəndislik üzrə bakalavr dərəcəsi
- Müvafiq iş təcrübəsi minimum 3 il
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 3 il müvafiq iş təcrübəsi tələb olunur.
Mühəndislik üzrə bakalavr dərəcəsi tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçMüraciət üçün son tarix 29 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMaterial mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin icrasına nəzarət edir və texniki sənədlərin uyğunluğunu təmin edir
110 kV, 330 kV və 500 kV elektrik ötürücü xətlərinin tikintisində keyfiyyətə nəzarət edir və magistr dərəcəsi tələb olunur.



