Memar olaraq eskiz və işçi layihələr hazırlayır, AutoCAD və Revit bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
- İri miqyaslı mülki və sənaye təyinatlı binaların layihələndirilməsi sahəsində təcrübə;
- Layihələrin FHN ekspertizasından keçirilmə prosesində, həmçinin icra mərhələsində müəllif nəzarətinin həyata keçirilməsi və bu proseslərdə aktiv iştirak edilməsi
- Layihənin digər bölmələri ilə koordinasiyalı şəkildə işləmək, planlaşdırma və texniki uyğunluğu təmin edilməsi;
- Müxtəlif ixtisaslaşdırılmış layihə komandaları arasında informasiya axınının effektiv təşkili;
- Çap və təqdimat mərhələsindən öncə sənədlərin FHN ekspertiza tələblərinə uyğunluğunun yoxlanılması və təmin edilməsi;
- Layihə sənədləri əsasında texniki spesifikasiyaların və həcmlərin dəqiq hesablanması;
Tələblər
- Revit proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi;
- Eskiz və işçi layihələrin Azərbaycan Respublikasında qüvvədə olan tikinti norma və qaydalarına uyğun hazırlanmasında yüksək təcrübə (mütləq şərt);
- Müxtəlif funksiyalı layihələrin FHN ekspertiza tələblərinə uyğun layihələndirilməsi və həcmlərin çıxarılması üzrə təcrübə
- Tikinti materialları, texnologiyalar və quraşdırma prosesləri üzrə biliklər;
- Layihənin müxtəlif mərhələlərində (eskiz, ilkin təklif, işçi və icra mərhələləri) həcmlərin müvafiq formatda hazırlanması bacarığı.
- Vaxtında və keyfiyyətli nəticə göstərmək bacarığı vacibdir
- Qrafika uyğun işləmək və təyin olunmuş dealine-lara riayyət etmək
- Gərgin iş şəraitində və qısa müddətli tapşırıqlarda effektiv fəaliyyət göstəmək bacarığı
- Stressa davamlılıq və Yüksək Məsuliyyət hissi
- Yaradıcı düşüncə, detallara diqqət və təşəbüskarlıq
Qeydlər:
- Peşəkar və dinamik kollektivdə inkişaf yönümlü iş mühitində əməkdaşlıq
- Komanda işi və qarşılıqlı dəstəyə əsaslanan əməkdaşlıq mədəniyyati
- Tapşırıqların yerinə yetirilməsində müvafiq iş çərçivələrinə riayət edərək səmərəli və keyfiyyətli iş icrası
- Şirkətin iş qaydalarına və prosedurlarına hörmətlə yanaşması
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd etməyiniz vacibdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Memar üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 218 ₼.
14 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Memar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Layihəçi memar kimi minimum 7–8 il iş təcrübəsi tələb olunur.
Məlumat verilməyib.
Namizədlərdən CV-lərini və müraciət məktubunu göndərmələri xahiş olunur. Müraciət məktubunun mövzu hissəsində “Layihəçi memar” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçRevit proqramı yüksək səviyyədə istifadə olunur.
Bəli, layihələrin FHN ekspertizasından keçirilməsi və müəllif nəzarətinin həyata keçirilməsi tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemar üzrə Bakıda digər açıq elanlar.
Layihələrin ilkin mərhələlərində araşdırmalar aparır və bərpa işləri üzrə memarlıq həlləri hazırlayır.
Memarlıq layihələri hazırlayır, texniki sənədləri tərtib edir və AutoCAD/Revit bilikləri tələb olunur.
Memarlıq layihələrini Revit və AutoCAD proqramlarında işləyərək inkişaf etdirir, peşəkar dizayn bacarıqları tələb olunur.



