Memarlıq cizgilərin və tikinti işlərinin norma və qaydalara uyğunluğunu yoxlayır, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
Bu vəzifə, tabeli qurumlarımızdan birinə axtarılır.
Vəzifə Öhdəlikləri:
- Layihələr üzrə memarlıq konsepsiyalarının hazırlanması və memarlıq layihələndirmə işlərinin həyata keçirilməsi;
- Memarlıq-planlaşdırma həllərinin hazırlanması və müvafiq layihə sənədlərinin işlənib hazırlanması;
- Plan, fasad, kəsik və digər zəruri memarlıq çertyojlarının hazırlanması;
- Layihələrin təsdiq edilmiş texniki tapşırığa, sifarişçi tələblərinə və müəyyən edilmiş standartlara uyğunluğunun təmin edilməsi;
- Layihə sənədlərinin müvafiq tikinti norma və standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
- Memarlıq həllərinin mühəndislik və digər layihə həlləri ilə koordinasiya edilməsi;
- Layihə sənədlərində tələb olunan dəyişiklik və düzəlişlərin həyata keçirilməsi;
- Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və tələb olunan keyfiyyət standartlarına uyğun hazırlanmasının təmin edilməsi;
- Sifarişçi, layihə komandası və digər aidiyyəti tərəflərlə layihə məsələləri üzrə koordinasiyanın həyata keçirilməsi;
- Layihələndirmə prosesində aşkar edilmiş uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılmasının təmin edilməsi;
- Müvafiq daxili qaydalara, prosedurlara və etik davranış standartlarına riayət etmək.
Tələb Olunan Bilik və Bacarıqlar:
- Ali təhsil (Memarlıq və ya əlaqəli sahə üzrə Ali təhsil);
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Microsoft Office proqramları (Word, Excel, PowerPoint) – peşəkar səviyyədə bilmək;
- Azərbaycan dilini mükəmməl, ingilis dili yaxşı və rus dili üstünlükdür;
- Memarlıq layihələndirməsi və planlaşdırılması;
- Tikinti norma, qayda və standartları ilə işləmə bacarığı;
- Texniki çertyojların hazırlanması və oxunması bacarığı;
- Layihə işlərini müəyyən edilmiş müddətlərdə tamamlamaq bacarığı.
Təklif Edilir:
- Nahar təminatı;
- Mobil nömrə təminatı;
- Dinamik mühitdə işləmək və inkişaf şansı;
- Rahat və müasir iş mühiti – şəhərin mərkəzində ofis.
Ünvan: Bakı, Sarabski küç. 75, Sarabski Plaza.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Memar üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 236 ₼.
13 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Memar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Sarabski küçəsi 75, Sarabski Plaza-da yerləşir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı barədə məlumat verilməyib.
Müraciət üçün link vasitəsilə müraciət etmək tələb olunur, əlavə sənədlər barədə məlumat yoxdur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçMemarlıq və ya əlaqəli sahədə ali təhsil və 3 il təcrübə tələb olunur.
Microsoft Office proqramlarını peşəkar səviyyədə bilmək tələb olunur.
Azərbaycan dili mükəmməl, ingilis dili yaxşı, rus dili üstünlükdür.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemar üzrə Bakıda digər açıq elanlar.
Memarlıq layihələri hazırlayır, texniki sənədləri tərtib edir və AutoCAD/Revit bilikləri tələb olunur.
Memar kimi ictimai infrastruktur layihələrinin dizayn sənədlərini nəzərdən keçirir və koordinasiya edir.
Memarlıq dizayn mərhələlərinə rəhbərlik edir və AutoCAD, ArchiCAD bilikləri tələb olunur.



