Memar sahədə ölçü götürür, shop drawing hazırlayır və AutoCAD proqramını bilir.
Vakansiya haqqında
Tələblər
- Memarlıq ixtisası üzrə ali təhsil;
- Memar vəzifəsində minimum 3–5 il peşəkar iş təcrübəsi;
- Yaşayış, kommersiya və çoxfunksiyalı obyektlərin layihələndirilməsi sahəsində təcrübə;
- Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza mərhələləri barədə məlumatlılıq;
- AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarından istifadə bacarığı;
- Güclü analitik təfəkkür, yüksək məsuliyyət hissi, kollektivlə işləmək və effektiv kommunikasiya qurmaq qabiliyyəti;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dillərini bilmək əlavə üstünlükdür.
Əsas vəzifə öhdəlikləri
- Yaşayış, kommersiya və müxtəlif təyinatlı obyektlər üçün memarlıq ideyalarının formalaşdırılması və layihə həllərinin təkmilləşdirilməsi;
- Eskiz, layihə və işçi sənədləşmə mərhələləri üzrə memarlıq materiallarının tərtib edilməsi və prosesin idarə olunması;
- Memarlıq planlarının, fasadların, kəsiklərin, konstruktiv detalların və spesifikasiyaların hazırlanması, həmçinin optimallaşdırılması;
- Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, normativ qaydalara, texniki standartlara və sifarişçinin irəli sürdüyü tələblərə uyğunluğunun təmin edilməsi;
- Şəhərsalma və Dövlət Ekspertizası orqanları ilə layihələrin razılaşdırılması işlərinin təşkili, normativ uyğunluğun yoxlanılması və aşkar edilən çatışmazlıqların layihələndirmə mərhələsində aradan qaldırılması;
- Memarlıq həllərinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğın təhlükəsizliyi və digər mühəndislik bölmələri ilə uzlaşdırılması;
- Sifarişçilər, podratçılar və layihə üzrə digər tərəfdaşlarla işgüzar müzakirələrin aparılması və layihə təqdimatlarının təşkili;
- Layihə sənədlərinin təyin olunmuş vaxt çərçivəsində və tələb olunan keyfiyyət meyarlarına uyğun hazırlanmasına nəzarət edilməsi;
- Tikinti mərhələsində müəllif nəzarətinin aparılması, layihə qərarlarının düzgün icrasının izlənilməsi və ortaya çıxan texniki problemlərin vaxtında həll edilməsi;
- Layihələrin təsdiq olunmuş iş qrafikinə, keyfiyyət göstəricilərinə və büdcəyə uyğun şəkildə həyata keçirilməsinin təmin edilməsi.
İş yeri: Ofis
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Memar üzrə bazar adətən 1 000–1 500 ₼ ödəyir, median — 1 500 ₼.
22 açıq vakansiya, 39 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Memar kimi öz maaşını yoxlaŞirkət haqqında
“Baku City Residences” yerli və əcnəbi sakin və sərmayəçilər üçün müasir memarlıq üslubunda yaşayış və biznes kompleksləri təklif edən şirkətdir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri ofisdir, şəhər göstərilib: Bakı.
Memar vəzifəsində minimum 3-5 il peşəkar iş təcrübəsi tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemar üzrə Bakıda digər açıq elanlar.
Memarlıq layihələrinin hazırlanması və AutoCAD, Revit proqramlarında işləmək bacarığı tələb olunur
Mənzil komplekslərinin memarlıq layihələrini hazırlamaq və tikinti prosesində nəzarət etmək tələb olunur
Memarlıq dizayn mərhələlərinə rəhbərlik edir və AutoCAD, ArchiCAD bilikləri tələb olunur.




