Memarlıq cizgilərin və tikinti işlərinin norma və qaydalara uyğunluğunu yoxlayır, AutoCAD bacarığı tələb olunur.
Vakansiya haqqında
HEPTAGON GROUP MMC memarlıq, dizayn və tikinti layihələrində çalışmaq üçün 5 ildən artıq iş təcrübəsinə malik memar axtarır. Restoran və hotel layihələrinin memarlıq həlləri, interyer layihələndirilməsi və icrası üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir.
Namizədə tələblər:
-
Memarlıq ixtisası üzrə ali təhsil;
-
Memarlıq və layihələndirmə sahəsində 5 ildən artıq iş təcrübəsi;
-
İngilis və rus dilləri üzrə ən azı orta səviyyədə bilik;
-
AutoCAD proqramında sərbəst işləmək, Revit və ya ArchiCAD proqramlarından birini bilmək;
-
3ds Max, SketchUp və vizuallaşdırma proqramları ilə işləmək bacarığı üstünlükdür;
-
Konsept layihədən işçi layihəyə qədər memarlıq sənədlərini hazırlamaq bacarığı;
-
Plan, kəsik, görünüş, fasad, konstruktiv birləşmə və interyer detallarını işləmək bacarığı;
-
Tikinti və tamamlama materialları, tətbiq texnologiyaları və layihələndirmə normaları üzrə bilik;
-
Memarlıq həllərini konstruksiya və mühəndis sistemləri ilə əlaqələndirmək bacarığı;
-
Məsuliyyətlilik, detallara diqqət, komanda ilə işləmək və tapşırıqları müəyyən edilmiş müddətdə yerinə yetirmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Obyekt üzrə ölçülərin götürülməsi və mövcud vəziyyət planlarının hazırlanması;
-
Sifarişçinin tələblərinə uyğun funksional planlaşdırma, memarlıq və interyer həllərinin işlənməsi;
-
İşçi çertyojların, detal və qovşaqların, material spesifikasiyalarının hazırlanması;
-
Restoran və hotel layihələrində qonaq, personal və xidmət axınlarının, mətbəx və köməkçi sahələrin düzgün planlaşdırılması;
-
HVAC, elektrik, su-kanalizasiya və yanğın təhlükəsizliyi bölmələri ilə layihə koordinasiyasının aparılması;
-
Tikinti sahəsində işlərin layihəyə uyğunluğuna müəllif nəzarətində iştirak və yaranan texniki məsələlər üzrə həllərin hazırlanması;
-
Layihə dəyişikliklərinin çertyojlarda əks etdirilməsi və sənədlərin təhvilə hazırlanması.
İş şəraiti və əmək haqqı:
-
Əmək haqqı namizədin bilik, bacarıq və peşəkar təcrübəsinə əsasən, qarşılıqlı razılaşma yolu ilə müəyyən edilir;
-
Müxtəlif təyinatlı memarlıq, interyer və tikinti layihələrində iştirak imkanı;
-
Peşəkar inkişafına, yeni biliklər qazanmağa və mürəkkəb layihələr üzərində işləməyə marağı olan namizədlər dəvət olunur.
-
Sınaq müddəti əsasında özünü doğruldan namizədlərlə yola davam ediləcək
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Memar üzrə bazar adətən 1 000–1 750 ₼ ödəyir, median — 1 500 ₼.
21 açıq vakansiya, 31 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Memar kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Minimum 5 il memarlıq və layihələndirmə sahəsində iş təcrübəsi tələb olunur.
Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə müəyyən edilir.
AutoCAD proqramında sərbəst işləmək, Revit və ya ArchiCAD proqramlarından birini bilmək tələb olunur.
İngilis və rus dilləri üzrə ən azı orta səviyyədə bilik tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMemar üzrə Bakıda digər açıq elanlar.
Memarlıq layihələrinin hazırlanması və icrası, AutoCAD və Revit proqramlarında işləmək bacarığı tələb olunur.
Memarlıq işlərinin sahədə icrasına nəzarət edir və AutoCAD, Revit bilikləri tələb olunur.
Tikinti və interyer layihələrini hazırlamaq üçün AutoCAD və dizayn proqramlarında sərbəst işləmək bacarığı tələb olunur



