Vakansiya haqqında

İş şəraiti

  • İş yeri: Ceyranbatan Qəsəbəsi
  • İş rejimi: 6 günlük, saat 09:00 – 18:00
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.

Vəzifə öhdəlikləri

  • Metallurgiya və istehsalat proseslərinin təşkilində və idarə edilməsində iştirak etmək;
  • Metal və ərintilərin istehsalı və emalı proseslərinə texniki nəzarət etmək;
  • İstehsal proseslərinin texnoloji tələblərə və müəyyən edilmiş standartlara uyğunluğunu təmin etmək;
  • Xammalın, hazır məhsulun və istehsal prosesinin keyfiyyət göstəricilərinə nəzarət etmək;
  • İstehsalat zamanı yaranan texniki problemləri müəyyənləşdirmək və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
  • İstehsal göstəricilərinin təhlilini aparmaq və müvafiq hesabatlar hazırlamaq;
  • Avadanlıqların səmərəli və təhlükəsiz istismarına nəzarət etmək;
  • Texnoloji sənədlərin hazırlanması və yenilənməsində iştirak etmək;
  • Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ekoloji tələblərə riayət olunmasını təmin etmək;
  • İstehsal proseslərinin optimallaşdırılması və məhsuldarlığın artırılması üzrə təkliflər vermək.

Namizədə tələblər

  • Metallurgiya mühəndisliyi, materialşünaslıq, kimya mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
  • Müvafiq sahədə 5 il iş təcrübəsi üstünlükdür;
  • Metallurgiya və metal emalı texnologiyaları haqqında biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı;
  • Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

Şirkət tərəfindən təklif olunur

  • Rəqabətli əmək haqqı;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Karyera inkişafı imkanı;
  • Müasir istehsalat mühiti;
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti.

Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Metallurgiya mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
13 avqust 2026
Son tarix
13 sentyabr 2026

Şirkət haqqında

GNC Group
Topdansatış və pərakəndə ticarət, Topdansatış və distribusiya

GNC GROUP MMC 2017-ci ilin fevral ayında təsis edilmişdir. Şirkətimiz metal istehsalı və istehsalında istifadə olunan kimyavı qatqıların idxalı və satışı ilə məşğuldur.

GNC Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Metallurgiya mühəndisi
Müraciət et