Tikinti layihələrində mexaniki sistemlərin seçilməsi və hesablanması üzrə işləyir, Microsoft Office və AutoCAD bilikləri tələb olunur.
Vakansiya haqqında
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri
Vəzifə öhdəlikləri:
- Avtomobillərin mexaniki sistemlərinin diaqnostikası və təmiri;
- Asqı, sükan, əyləc və digər mexaniki sistemlərə texniki xidmət göstərilməsi;
- Amortizator, şaravoy, sükan ucluqları, səssizbloklar və digər mexaniki komponentlərin yoxlanılması və dəyişdirilməsi;
- Planlı texniki xidmət və təmir işlərinin həyata keçirilməsi;
- Mexaniki nasazlıqların səbəbinin müəyyən edilməsi və aradan qaldırılması;
- Texniki mayelərin və mexaniki komponentlərin vəziyyətinin yoxlanılması;
- Təmir işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi;
- Görülmüş işlərin keyfiyyətinin yoxlanılması.
Namizədə tələblər:
- Avtomobil mexanikası üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
- Avtomobilin mexaniki sistemləri üzrə geniş praktiki bilik;
- Asqı, sükan və əyləc sistemləri üzrə peşəkar bacarıq;
- Müasir avtomobillərin konstruksiyası barədə bilik;
- Texniki diaqnostika avadanlıqlarından istifadə bacarığı;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin mexaniki xüsusiyyətləri barədə bilik;
- Servis alətləri və avadanlıqlarından düzgün istifadə bacarığı;
- Məsuliyyətli, dəqiq və intizamlı olmaq;
- Komandada işləmək bacarığı.
Üstünlük hesab olunur:
- BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi;
- Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi.
İş şəraiti:
- İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
- İş rejimi: 6 günlük iş qrafiki
- İstirahət günü: Bazar günü
- Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir.
Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.
Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki mühəndis üzrə bazar adətən 900–2 240 ₼ ödəyir, median — 1 250 ₼.
28 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Badamdar qəsəbəsində yerləşir.
İş rejimi 6 günlükdür, bazar günü istirahət günüdür.
Minimum 3 il rəsmi iş təcrübəsi tələb olunur.
Namizəd CV-ni e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə göndərməlidir. CV formasında müraciət etməyənlərlə əlaqə saxlanılmayacaq. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Generatorların texniki xidməti və təmiri üzrə işləyir, minimum 3 il təcrübə tələb olunur.
Hündürmərtəbəli binalarda mexanika sistemlərinin quraşdırılmasına nəzarət edir, 5+ il təcrübə tələb olunur.
Mexaniki layihələndirmə üzrə məsləhətçi tenderlərini idarə etmək və dizaynı koordinasiya etmək.




