Tikinti layihələrində mexanika işlərinin keyfiyyətinə nəzarət edir və AutoCAD bilikləri tələb olunur.
Vakansiya haqqında
İş haqqında:
- Azroksan şirkəti istehsal proseslərində CNC və universal dəzgahlarda mexaniki emal əməliyyatlarının həyata keçirilməsinə, istehsal sənədlərinə uyğun keyfiyyətli və təhlükəsiz istehsalın təmin edilməsinə cavabdeh olacaq Mexaniki istehsal və proses üzrə mühəndis axtarır.
Əsas vəzifələr:
- Metal formalaşdırma, qaynaqlama, mexaniki və kompozit materialların emalı üzrə istehsal texnologiyalarını hazırlamaq və təkmilləşdirmək;
- Yeni məhsulların istehsalı üçün texnoloji prosesləri layihələndirmək, prototiplərin hazırlanması və sınaq mərhələlərində iştirak etmək;
- CAD/CAM proqramları vasitəsilə CNC dəzgahları üçün proqramlar hazırlamaq;
- Texnoloji sənədləri, istehsal marşrutlarını və iş təlimatlarını hazırlamaq və yeniləmək;
- İstehsal proseslərində yaranan texniki problemləri araşdırmaq və düzəldici tədbirlər hazırlamaq;
- İstehsalın səmərəliliyini artırmaq, xərcləri və qüsurları azaltmaq məqsədilə təkmilləşdirmələr aparmaq;
- İstehsal avadanlıqları, alətlər və qurğular üzrə texniki tələbləri müəyyənləşdirmək;
Tələblər:
- Ali təhsil (Mexanika ilə əlaqəli ixtisaslar)
- CNC və universal dəzgahlarla (tornalama, frezləmə, qazma və s.) işləmək üzrə minimum 5 il iş təcrübəsi.
- Texniki çertyojları və istehsalat sənədlərini oxumaq bacarığı.
- Ölçmə alətləri (sirkul, mikrometr və s.) ilə işləmək bacarığı və dəqiqlik.
- Komanda ilə effektiv əməkdaşlıq bacarığı.
- Bəy namizədlər üçün hərbi xidmətini başa vurmuş və ya artıq çağırılmayacaq (hərbi xidmət öhdəliyi olmayan) şəxslər müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Mexaniki istehsal və proses üzrə mühəndis” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki mühəndis üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 000 ₼.
28 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Minimum 5 il CNC və universal dəzgahlarla iş təcrübəsi tələb olunur.
Namizəd CV göndərməlidir və mövzu sətrində “Mexaniki istehsal və proses üzrə mühəndis” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçBəy namizədlər hərbi xidmətini başa vurmuş və ya çağırılmayacaq şəxslər olmalıdırlar.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
İstehsalat avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
Daxiliyanma mühərriklərinin diaqnostikası və təmiri üzrə 3 il təcrübəsi olan mühəndis axtarılır.
Generatorların texniki xidməti və təmiri üzrə işləyir, minimum 3 il təcrübə tələb olunur.




