Tikinti sahələrində mexaniki işlərin nəzarətini aparmaq və HVAC, santexnika biliklərinə malik olmaq tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- İstehsalat avadanlıqlarına texniki xidmət və təmir işlərini planlaşdırmaq va təşkil etmek;
- Nasazlıqları müəyyənləşdirmək, onların səbəblərini araşdırmaq ve təkrar yaranmasının qarşısını almaq;
- Gündəlik icra olunacaq işləri çilingərlərə tapşırmaq və gün ərzində icrasına nəzarət etmək;
- Təmir işlərinin təhlükəsiz, keyfiyyətli və mümkün qədər qısa müddətdə başa çatdırılmasını təmin etmək;
- Avadanllqların sökülməsi, hissələrinin yoxlanılması, təmiri , düzgün yığılması və sınaqdan keçirilməsini təşkil etmək
- Planlı, cari və qəza tədbirlərinin həyata keçirilməsində iştirak etmək
- Ehtiyat hissələrinə olan tələbatı müəyyənləşdirmək, sifarişlərin hazırlanmasında iştirak etmək
- Anbar ehtiyatlarının vəziyyətini izləmək, kritik ehtiyat hissələrinin çatımazlığı barədə rəhbərliyə məlumat vermək
- Təmir və texniki xidmətlə bağlı hesabatları, sifarişləri və digər texniki sənədləri hazırlamaq
- Baş mühəndis-mexanik və rəhbərlik tərəfindən verilmiş tapşırıqların vaxtında icra olunmasını təmin etmək
- İstehsal avadanlıqlarının təkmilləşməsi və yenilənməsi üçün təklifləri Baş mühəndis mexanikə təqdim etmək
- Tabeliyində olan işçilərə periodik olaraq təhlükəsizlik təlimatı keçirmək
- Nizam- intizam qaydalarına riayətetmək və tabeliyində olan işçilərdən tələb etmək
- İşlərin icrası zamanı əməyin mühafizəsi və texniki təhlükəsizilik tələblərinə riayət olunmasına riayət etmək
Tələblər
- Mexanika və ya əlaqədar sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- İngilis dili ya rus dili biliyi arzuolunandır;
- MS Office kompüter proqramlarını bilmək (Autocad bilikləri üstünlükdür);
- Mexaniki avadanlıqların təmiri və texniki xidməti üzrə praktiki biliklər ;
- Təmir briqadalarının işini təşkil etmək və işçilərə texniki göstərişlər vermək bacarığı;
- Mexaniki nasazlıqları müəyyənləşdirmək və düzgün texniki qərarlar qəbul etmək bacarığı;
- Təqdim olunan sxemləri və layihələri oxumaq bacarığı;
- Texniki sənədləşmə, sifarişlərin hazırlanması və ehtiyat hissələrinin planlaşdırılması üzrə biliklər ;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Təzyiq altında işləmə bacarığı;
- Yüksək məsuliyyət və intizam;
- Müstəqil, operativ və komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
- İş yeri - Sumqayıt;
- İş saatı: 08:00 – 17:00;
- Nahar pulu;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki mühəndis üzrə bazar adətən 768–1 750 ₼ ödəyir, median — 1 000 ₼.
23 açıq vakansiya, 28 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş saatları 08:00-dan 17:00-dəkdir.
İş yeri Sumqayıtdadır.
Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunur.
Namizəd mexanika və ya əlaqədar sahə üzrə ali təhsilli olmalıdır.
Namizəd minimum 5 il iş təcrübəsinə malik olmalıdır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki mühəndis üzrə Sumqayıtda digər açıq elanlar.
İstehsalat avadanlıqlarının mexaniki təmir və texniki xidmətini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.
Mexanika mühəndisi mexaniki avadanlıqların təmiri və texniki xidmətini təmin edir, 5 il təcrübə tələb olunur.
Tikinti layihələrində mexanika işlərinin keyfiyyətinə nəzarət edir və AutoCAD bilikləri tələb olunur.




