Mexaniki avadanlıqların fasiləsiz istismarını təmin etmək üçün texniki qulluq və təmir aparmaq.
Vakansiya haqqında
Əsas vəzifələr
- Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində,o cümlədən zəruri hallarda gəmilərdə, vaqonlarda, sahildə və müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz şəkildə icra etmək;
- Ehtiyac olduğu təqdirdə bütün mexaniki avadanlığa texniki qulluq göstərmək və təmir etmək, nasazlıqları araşdırmaq və hesabatları təqdim etmək;
- Cavabdeh olduğu avadanlığı təmir və istismar etmək üçün hissələr, alətlər, ehtiyatlar haqqında hesabat vermək;
- Təmir işini və avadanlıqların quraşdırılmasını uyğun şəkildə icra etmək;
- Özü və ya başqaları tərəfindən üzərində işlənəcək avadanlığı izolyasiya etmək;
- Texniki qulluq və təmir işlərini qazma əməliyyatlarına təsirini azaldacaq şəkildə planlaşdırmaq;
- Avadanlıqdan düzgün istifadə edilmədiyi hallarda Baş qazma mexanikə bildirmək;
- Qazma alətləri və qurğularını mühafizə etmək;
- Texniki xidmət tələbatlarını yerinə yetirmək;
- Ehtiyac olduğu təqdirdə qrup və ya müştərilərin iştirak etdiyi iclaslar, əlavə treninqlərdə olmaq;
- Baş qazma ustasının təqdimatı əsasında Baş qazma mexanikini əvəz etmək;
- SAP PM tərəfindən diktə edilən bütün mexanika baxımının, təmirinin və əsaslı təmirinin təmin edilməsi üçün məsuliyyət daşıyır- SOCAR AQŞ əməliyyatları boyunca dənizdə Texniki xidmət işçilərinə kömək etmək;
- APİ Standartı və ölkə qanunvericiliyinə uyğun olaraq bütün Mexanika ilə bağlı avadanlıqların etibarlılığını həyata keçirmək, nəzarət etmək, təhlil etmək və işlək vəziyyətdə saxlamaq;
- Avadanlıqların dənizdə və quruda təmiri və təchizatının nəzarətində iştirak etmək və vaxtında tamamlanmasını təmin etmək;
- İş dayanan zaman, yeni platformaya köçdükdə və ya quyular arasında dayanma olduğu vaxt, aidiyyəti işçilərlə birgə texniki xidmətin planını hazırlamaqda kömək etmək;
- Quruda və dənizdə işləyən Texniki xidmət işçilərinə əməliyyatlar zamanı öyrənilən dərslər və nəticələr barədə məlumat vermək;
- Yeni layihə sənədlərinin Əməliyyatlar və Texniki xidmət arasında transferinin həyata keçirilməsi və nəzarətinin həyata keçirilməsində kömək etmək;
- Texniki xidmət komandasının üzvü kimi əməliyyat tələblərinə əsaslanan tapşırıqların yerinə yetirmək;
- SOCAR-AQŞ-nin məsuliyyəti altında olan bütün mexaniki avadanlıqların quraşdırılması, düzəldilməsi və texniki xidmətinə görə məsuliyyət daşımaq;
- Mexaniki təchizat və təmir uğursuzluqları / fəaliyyəti ilə bağlı NPT qeyri-məhsuldar vaxta məsuliyyət daşımaqda yardımçı olmaq;
- İşləri müəssisə dəyərlərinə uyğun təmin etmək;
- Rəhbər tərəfindən tapşırılan işləri vəzifə təlimatına uyğun yerinə yetirmək;
- İllik fərdi inkişaf planını birbaşa rəhbərlə birgə hazırlamaq;
- Prosedurları şirkətin dəyərlərinə uyğun olaraq həyata keçirmək və hər hansı uyğunsuzluqlar baş verdikdə məlumat vermək.
- İş prosesində özünün və iş yoldaşının təhlükəsizliyini təmin etmək;
- Müəsisənin bütün təhlükəsizlik üzrə təlimlərində, toplantılarında, yanğın və evakuasiya üzrə təlimlərdə iştirak etmək;
- Müəsissədə tətbiq olunmuş təhlükəsizlik prosedurlarına riayət etmək;
- İş sahəsində sağlamlığa, qurğuya və avadanlığa qarşı faktiki və ya potensial təhlükə barədə dərhal müvafiq tədbirlər görmək və ya yuxarı rəhbərə xəbər vermək;
- Nəzarət etdiyi bütün işləri əvvəlcədən planlaşdırmaq, riskləri qiymətləndirmək, aidiyyəti tərəfləri işqabağı toplantıda öncədən məlumatlandırmaq;
- Nəzarət etdiyi sahədə yerinə yetirilən tapşırıqların təhlükə potensialını müəyyən etmək üçün qiymətləndirmə aparmaq.
- Müəssisədə tətbiq olunmuş ekoloji standartlara riayət etmək;
- Tullantıların idarə olunması prosedurunun tələbləri əsasında tullantıların ayrılması qaydalarına rəhbərlik və riayət etmək;
- İş fəaliyyəti ilə bağlı ekoloji aspektlər barədə məlumatlı olmaq və nəzarət tədbirlərini yerinə yetirmək.
Tələblər
- Təcrübə: Müvafiq sahədə və vəzifədə 1 illik təcrübə
- Təhsil: Bakalavr və ya magistr dərəcəsi və ya ekvivalent təhsil
- Texnoloji savadlılıq, o cümlədən MS Office, Zoom, SAP və s. biliklər SƏTƏM standartları haqqında məlumatlılıq
- İngilis dili bacarığı arzuolunandır
- Maliyyə savadlılığı, maliyyə məlumatlarını oxumaq, emal etmək və izləmək bacarığı, əgər zəruridirsə
- SƏTƏM standartları haqqında məlumatlılıq və qabaqcıl biliklər
- Başqalarından öyrənməyə və başqaları ilə paylaşmağa açıq olan şəxsi keyfiyyət
- Açıq, aydın, şəffaf və mehriban şəkildə ünsiyyət qurmaq bacarığı
- Həll yolları yaratmaq və səhvlərə sahib çıxa bilmək bacarığı
- Öz üzərinə əlavə məsuliyyətlər və öhdəliklər götürmək bacarığı
- Tapşırıqları yerinə yetirmək üçün çevik yanaşma və “agile” düşüncə tərzi
- Təqdimatlar və dərin hesabatlar hazırlamaq bacarıqları
- Bütün maraqlı tərəflərlə münasibətləri düzgün və səmərəli şəkildə həyata keçirmək
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki mühəndis üzrə bazar adətən 700–2 000 ₼ ödəyir, median — 950 ₼.
22 açıq vakansiya, 24 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki mühəndis kimi öz maaşını yoxlaŞirkət haqqında
SOCAR AQŞ 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Nobel Energy və Abşeron Qazma MMC (AQŞ) tərəfindən təsis edilmiş kompleks qazma və quyu xidmətlərinin idarə edilməsi şirkətidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Vəzifə üçün minimum 1 il təcrübə tələb olunur.
Bakalavr və ya magistr dərəcəsi və ya ekvivalent təhsil tələb olunur.
Müraciət etmək üçün sənədlər e-mail vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki mühəndis üzrə Bakıda digər açıq elanlar.
Mexaniki layihələrin idarə olunmasında və dizaynında təcrübəli mühəndis tələb olunur.
Mexaniki avadanlıqların layihələndirilməsi və təmiri üzrə işləri idarə edir, texniki bilik tələb olunur.
Tikinti sahələrində mexaniki işlərin nəzarətini aparmaq və HVAC, santexnika biliklərinə malik olmaq tələb olunur



