Su nasoslarının təmiri və texniki xidməti üzrə iş görür, mexanika bilikləri tələb olunur.
Vakansiya haqqında
İş haqqında məlumat
- Əsas və yardımçı istehsalat avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
- Avadanlıqların qovşaq və hissələrində yaranan nasazlıqları, zədələnmə və yeyilmələri müəyyən etmək, onların səbəb və dərəcəsini qiymətləndirmək;
- Boru və flanş birləşmələrinin, impuls xətlərinin, siyirtmələrin və digər mexaniki avadanlıqların təmirini həyata keçirmək;
- Zərurət yarandıqda təmir və bərpa işləri çərçivəsində qaynaq işlərini yerinə yetirmək;
- Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
- Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
- Quraşdırma və təmir prosesində zədələnmiş və sınmış hissələri müəyyən etmək və onların bərpasını həyata keçirmək;
- Yeni avadanlıqların quraşdırılmasında, həmçinin ağır və iri həcmli işlər zamanı mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;
- Təmir və texniki xidmətdən sonra avadanlıqların istismara hazır vəziyyətdə təhvil verilməsini təmin etmək;
- İstifadəsində olan alət, avadanlıq və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Avadanlıqların və qaz balonlarının daşınması, saxlanılması və təhlükəsiz istismarı qaydalarına riayət etmək;
- Avadanlıqların qəzasız və etibarlı fəaliyyətinin təmin edilməsi, təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində iştirak etmək;
- Görülmüş işlərlə bağlı tələb olunan sənədləri və hesabatları dolduraraq birbaşa rəhbərə təqdim etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir.
Görülmüş işlərlə bağlı tələb olunan sənədlər və hesabatlar doldurularaq birbaşa rəhbərə təqdim edilir.
Əsas və yardımçı istehsalat avadanlıqları, yükqaldıran maşın və mexanizmlər, kran və digər mexanizmlərdən istifadə olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki texnik üzrə Bakıda digər açıq elanlar.
Təkərlərin saz vəziyyətdə olmasını təmin edir və 1-3 il mexaniki təcrübəsi tələb olunur.
Otelin təmir və texniki xidmət işlərini görür, əsasən su, elektrik və preventiv baxım bacarıqları tələb olunur.




