Təkərlərin saz vəziyyətdə olmasını təmin edir və 1-3 il mexaniki təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Şirkət: Hydro Heat Tech MMC
İş yeri: Bakı
İş rejimi: 9.00 dan 18.00
Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən ediləcək.
Hydro Heat Tech MMC su nasosları və nasos sistemlərinin servis və texniki xidməti üzrə texnik/mexanik vəzifəsinə işçi axtarır.
-
Şirkət tərəfindən
Rəsmi işə qəbul; - Stabil iş şəraiti;
- Peşəkar nasos və servis avadanlıqları ilə işləmək imkanı;
- Təcrübə və peşəkarlığa uyğun əmək haqqı;
- İş prosesində texniki inkişaf və təcrübə qazanmaq imkanı.
Müraciət qaydası:
Vəzifə öhdəlikləri
- Müxtəlif növ su nasoslarının sökülməsi, yığılması və təmiri;
- Nasoslarda yaranmış mexaniki nasazlıqların müəyyən edilməsi;
- Podşipnik, mexaniki salnik, val, çarx, diffuzor və digər ehtiyat hissələrinin yoxlanılması və dəyişdirilməsi;
- Nasos və elektrik mühərriklərinin montaj və demontaj işlərinin görülməsi;
- Nasosların texniki baxışı və profilaktik servisinin aparılması;
- Nasosların işə salınması və işləmə vəziyyətinin yoxlanılması;
- Obyektlərdə servis və təmir işlərinin həyata keçirilməsi;
- Görülən işlər barədə servis rəhbərinə məlumat verilməsi.
Tələblər
- Mexanika və texniki işlər üzrə anlayış;
- Nasosların təmiri sahəsində təcrübə üstünlükdür;
- Elektrik mühərrikləri haqqında ilkin texniki biliklərin olması;
- Ölçü və əl alətləri ilə işləmə bacarığı;
- Podşipnik, salnik, val və digər mexaniki hissələrlə işləmə bacarığı;
- Texniki problemi müəyyən edib həll etmək bacarığı;
- Məsuliyyətli, intizamlı və komandada işləmə bacarığı;
- Obyektlərdə servis işlərinə getmək imkanının olması.
Üstünlük verilir:
Grundfos, Wilo, EBARA, Zenit, KSB, Pedrollo, Lowara, Calpeda və digər sənaye/su nasoslarının təmiri üzrə təcrübəsi olan namizədlərə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki texnik üzrə Bakıda digər açıq elanlar.
Mexanik avadanlıqların təmiri, quraşdırılması və texniki xidmətini həyata keçirmək bacarığı tələb olunur.
Otelin təmir və texniki xidmət işlərini görür, əsasən su, elektrik və preventiv baxım bacarıqları tələb olunur.
Yük avtomobillərinin mexaniki sistemlərinin texniki baxış və təmirini həyata keçirir, 5 il təcrübə tələb olunur.




