Mexaniki avadanlıqların təmiri və preventiv baxımını həyata keçirir, mexaniki bilik tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifələr:
- Əsas və yardımçı istehsalat avadanlıqlarının, yükqaldıran maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
- Avadanlıqların qovşaq və hissələrində yaranan nasazlıqları, zədələnmə və yeyilmələri müəyyən etmək, onların səbəb və dərəcəsini qiymətləndirmək;
- Boru və flanş birləşmələrinin, impuls xətlərinin, siyirtmələrin və digər mexaniki avadanlıqların təmirini həyata keçirmək;
- Zərurət yarandıqda təmir və bərpa işləri çərçivəsində qaynaq işlərini yerinə yetirmək;
- Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
- Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
- Quraşdırma və təmir prosesində zədələnmiş və sınmış hissələri müəyyən etmək və onların bərpasını həyata keçirmək;
- Yeni avadanlıqların quraşdırılmasında, həmçinin ağır və iri həcmli işlər zamanı mexanizasiya vasitələrinin tətbiqində iştirak etmək;
- Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;
- Təmir və texniki xidmətdən sonra avadanlıqların istismara hazır vəziyyətdə təhvil verilməsini təmin etmək;
- İstifadəsində olan alət, avadanlıq və vasitələrin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Avadanlıqların və qaz balonlarının daşınması, saxlanılması və təhlükəsiz istismarı qaydalarına riayət etmək;
- Avadanlıqların qəzasız və etibarlı fəaliyyətinin təmin edilməsi, təmir və texniki xidmət işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsində iştirak etmək;
- Görülmüş işlərlə bağlı tələb olunan sənədləri və hesabatları dolduraraq birbaşa rəhbərə təqdim etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.
Namizədə tələblər:
- Orta ixtisas və ya peşə təhsili;
- Mexanik-çilingər, çilingər-təmirçi və ya analoji vəzifədə iş təcrübəsi;
- Mexaniki avadanlıqların sökülməsi, yığılması və təmiri üzrə praktiki bilik;
- Boru xətləri, flanş birləşmələri, siyirtmələr və mexaniki qovşaqlar üzrə anlayış;
- Əl alətləri və mexanikləşdirmə vasitələrindən istifadə bacarığı;
- Qaynaq işləri üzrə bacarıq üstünlükdür;
- Yükqaldıran mexanizmlərlə aparılan montaj və demontaj işlərinin əsaslarını bilmək;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək;
- Məsuliyyətli, diqqətli və komandada işləmə bacarığı.
İş şəraiti:
- İş yeri: Səngəçal
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əmək haqqı: 950-1000 AZN
- Servis xidməti: Bakı və Sumqayıt istiqamətlərindən servis
- Nahar xidməti: İşçilər üçün nahar təmin edilir
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mexaniki texnik üzrə bazar adətən 975–1 300 ₼ ödəyir, median — 1 200 ₼.
8 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki texnik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Səngəçal ərazisindədir.
İş həftədə 5 gün işlənir.
Əmək haqqı 950-1000 manat aralığındadır.
Namizəd orta ixtisas və ya peşə təhsili olmalıdır.
Mexanik-çilingər və ya analoji vəzifədə iş təcrübəsi tələb olunur.
Mexaniki avadanlıqların sökülməsi, yığılması və təmiri üzrə praktiki biliklər tələb olunur.
Namizədlər CV-lərini formu dolduraraq göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki texnik üzrə Bakıda digər açıq elanlar.
Su nasoslarının təmiri və texniki xidməti üzrə iş görür, mexanika bilikləri tələb olunur.
Mexaniki avadanlıqların sökülməsi, təmiri və yığılması üzrə iş görür, minimum 1 il təcrübə tələb olunur.
Avtomobillərin və avadanlıqların gündəlik texniki xidmətini həyata keçirir, ən azı 2 il təcrübəsi tələb olunur.


