Mekanik sistemlərin yığılması, test dəstəyi və texniki xidmət göstərmək üçün təcrübə tələb olunur
Vakansiya haqqında
Bakı Metropoliteni olaraq peşəkar komandamıza qoşulmaq üçün Birləşmiş emalatxana və istehsalat xidmətinin Maşın və mexanizmlərin təmiri sahəsinə Təmirçi çilingər axtarırıq!
Namizəd emalatxana şəraitində maşın və mexanizmlərin, müxtəlif sənaye avadanlıqlarının texniki xidməti, təmiri və bərpası işlərini həyata keçirəcəkdir.
Sizi hansı öhdəliklər gözləyir?
Maşın, mexanizm və müxtəlif sənaye avadanlıqlarının sökülməsi, təmiri, bərpası və yığılması;
Təmirə qəbul edilən avadanlıqların texniki vəziyyətinin yoxlanılması, nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
Nasaz detalların dəyişdirilməsi, hissələrin uyğunlaşdırılması və mexanizmlərin sazlanması;
Təmir işləri zamanı çilingər və ölçü alətlərindən düzgün və səmərəli istifadə edilməsi;
Təmir olunmuş avadanlıqların sınaqdan keçirilməsi və işlək vəziyyətinin yoxlanılması;
Texniki sənədlər, çertyojlar və təmir təlimatları əsasında işlərin icra edilməsi;
İş prosesində texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunması;
Dəzgah, pres, nasos, kompressor və digər sənaye avadanlıqlarının planlı və təcili təmirində iştirak edilməsi.
Namizədlərdən tələblərimiz
Müvafiq sahə üzrə orta ixtisas və ya peşə təhsili, yaxud istehsalat sahəsində minimum 6 ay iş təcrübəsi;
Maşın və mexanizmlərin quruluşu, iş prinsipi və təmir üsulları haqqında biliklər;
Texniki sənədlər və çertyojlarla işləmək bacarığı;
Çilingər və ölçü alətlərindən istifadə bacarığı;
Mexaniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
Komanda ilə işləmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və intizamlılıq;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Metropoliten Sizə nə təklif edir?
Sabit və etibarlı iş mühiti;
Peşəkar komandada inkişaf və karyera imkanları;
Metropolitendən ödənişsiz istifadə imkanı;
Güzəştli nahar təminatı;
“Metropolitan Apartments” istirahət mərkəzi və əməkdaşlıq etdiyimiz digər sanatoriyalarda güzəştli istirahət imkan;
Psixoloji dəstək xidməti.
Uğurlar!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Mexaniki texnik üzrə bazar adətən 1 200–1 550 ₼ ödəyir, median — 1 250 ₼.
10 açıq vakansiya, 7 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mexaniki texnik kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMexaniki texnik üzrə Bakıda digər açıq elanlar.
Dənizdə 15 günlük növbəli iş rejimində sazlayıcı mühəndis kimi işləmək tələb olunur
Kompressor və digər avadanlıqların texniki baxışını və təmirini həyata keçirir, mexaniki təmir bacarıqları tələb olunur.
Mexanik qaynaq, santexnika və ümumi mexaniki təmir işlərini yerinə yetirir.


