Sənaye avadanlıqları üzrə mexanika mühəndisi

Metal Trade MMC

Vakansiya haqqında

  • Metal istehsalı müəssisəsinə zavodda fəaliyyət göstərən bütün istehsal xətlərinin, dəzgahların, körpülü kranların, qaldırıcı mexanizmlərin və köməkçi avadanlıqların mexaniki vəziyyətinə cavabdeh olacaq, uzunillik praktiki təcrübəyə malik peşəkar mexanika mühəndisi tələb olunur
  • Bizə yalnız nəzəri biliklərə malik və ofis şəraitində çalışan mühəndis deyil, istehsalat avadanlıqlarını yerində yoxlayan, mexaniki nasazlığın əsas səbəbini müəyyənləşdirən, texniki həll hazırlayan və təmir prosesini nəticəyədək idarə edən mütəxəssis lazımdır
  • İş rejimi: Daimi iş
    • Əməkhaqqı: Namizədin bilik, təcrübə və peşəkar səviyyəsinə əsasən müsahibə zamanı müəyyən ediləcək
    • Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Neftçilər küçəsi, giriş 62

Vəzifə öhdəlikləri

  • Zavoddakı bütün istehsal xətlərinin və sənaye avadanlıqlarının mexaniki vəziyyətinə nəzarət etmək
    ⁠- ⁠Boru, profil, metal kəsmə, formavermə və digər istehsal avadanlıqlarına texniki baxış keçirmək
    • ⁠Körpülü kranların, qaldırıcı mexanizmlərin və köməkçi avadanlıqların mexaniki hissələrini yoxlamaq
    • ⁠Avadanlıqlarda yaranan nasazlıqları operativ müəyyənləşdirmək və əsas səbəbini araşdırmaq
    • ⁠Reduktor, şpindel, val, podşipnik, dişli çarx, zəncir, mufta, kasnaq, support, hidravlik və pnevmatik sistemləri yoxlamaq
    • ⁠Boşluq, yeyilmə, vibrasiya, qızma, qeyri-adi səs, yağ sızması və dəqiqlik problemlərinin səbəbini müəyyənləşdirmə
    • ⁠Nasaz avadanlıqların sökülməsi, təmiri, yığılması, sazlanması və sınaqdan keçirilməsi prosesinə rəhbərlik etmək
    • ⁠Təmir üsulunu, istifadə ediləcək materialı və ehtiyac olan ehtiyat hissələrini müəyyənləşdirmək
    • ⁠Hazırlanmalı detallar üçün ölçülər götürmək, eskiz və texniki çertyoj hazırlamaq
    • ⁠Tokar, frez, qaynaq və digər emal işləri üçün texniki tapşırıqlar hazırlamaq
    • ⁠Təmir edilmiş və ya hazırlanmış detalların ölçü və keyfiyyətini yoxlamaq
    • ⁠Avadanlıqların düzgün quraşdırılmasına, mərkəzlənməsinə və sazlanmasına nəzarət etmək
    • ⁠Planlı profilaktik baxış və texniki xidmət qrafiki hazırlamaq
    • ⁠Avadanlıqların yağlama nöqtələrini, istifadə olunan yağları və yağlama intervallarını müəyyənləşdirmək
    • ⁠Sıradan çıxmaq riski olan və aşınmış hissələri nasazlıq baş verməmişdən əvvəl müəyyənləşdirmək
    • ⁠Daim ehtiyatda saxlanılmalı kritik detalların siyahısını hazırlamaq
    • ⁠Təmir, texniki xidmət və ehtiyat hissələrinin uçotunu təşkil etmək
    • ⁠Təkrarlanan nasazlıqları araşdırmaq və onların daimi həlli üçün texniki tədbirlər hazırlamaq
    • ⁠İstehsalın dayanma müddətinin minimuma endirilməsini təmin etmək
    • ⁠Slesar, tokar, frezerçi, qaynaqçı və digər texniki işçilərin gördüyü işlərə nəzarət etmək
    • ⁠Görülən texniki baxış və təmir işlərini sənədləşdirmək
    • ⁠Avadanlıqların təhlükəsiz, stabil və fasiləsiz işləməsinə cavabdeh olmaq.

    Tələblər

    • Mexanika mühəndisliyi və ya uyğun texniki ixtisas üzrə ali təhsil
    • Sənaye müəssisələrində mexanika mühəndisi və ya baş mexanik kimi uzunillik real iş təcrübəsi
    • Ağır sənaye avadanlıqları və istehsal xətləri ilə praktiki iş təcrübəsi
    • Mexaniki ötürmələr, reduktorlar, vallar, podşipniklər, dişli və zəncir mexanizmləri üzrə dərin bilik

    -Hidravlik və pnevmatik sistemlərin iş prinsipini, diaqnostikasını və təmirini bilməsi
    • Mexaniki nasazlıqları sistemli diaqnostika yolu ilə müəyyənləşdirmək bacarığı
    • Texniki çertyojları, yığım sxemlərini və avadanlıq sənədlərini sərbəst oxumaq bacarığı
    • Ölçü alətlərindən peşəkar istifadə bacarığı
    • Detaldan düzgün ölçü götürmək, eskiz və texniki tapşırıq hazırlamaq bacarığı
    • Tokar, frez, qaynaq və mexaniki emal prosesləri haqqında praktiki bilik
    • Avadanlıqların sökülməsi, yığılması, mərkəzlənməsi və sazlanması üzrə təcrübə
    • Profilaktik texniki xidmət və təmir sistemini təşkil etmək bacarığı
    • Ehtiyat hissələrinə olan tələbatı düzgün müəyyənləşdirmək bacarığı
    • Əməyin mühafizəsi və istehsalat təhlükəsizliyi qaydalarını bilməsi
    • Texniki heyətin işini təşkil etmək və nəticəyə nəzarət etmək bacarığı
    • Məsuliyyətli, tələbkar, dəqiq və operativ olması

    Üstünlük hesab olunur

    • Metal istehsalı müəssisəsində iş təcrübəsi
    • Boru, profil, metal kəsmə və formavermə xətləri üzrə təcrübə
    • Körpülü kranların və qaldırıcı mexanizmlərin mexaniki sistemlərini bilməsi
    • Həm köhnə, həm də müasir sənaye avadanlıqlarının təmiri üzrə təcrübə
    • AutoCAD, SolidWorks və ya digər texniki layihələndirmə proqramlarında işləmək bacarığı
    • Avadanlıqların quraşdırılması, modernləşdirilməsi və istehsalata buraxılmasında iştirak etmiş olması
    • Təmir xərclərinin və avadanlıq dayanma müddətinin azaldılması üzrə praktiki nəticələrinin olması
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
1 sentyabr 2026

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Cronos MTK
Middle · 5+ il
Maaş göstərilməyib

Tikinti layihələrinin icrasını təmin edir, keyfiyyətə nəzarət edir və 5 ildən çox təcrübə tələb olunur

Quality ControlProject DocumentationReport PreparationInventory Management+15
Müraciət etAsan müraciətAsan müraciət
AZPROM
Middle · 3–5 ilAbşeron
1 000–1 500

Texniki tapşırığa uyğun məhsul və konstruksiya layihələri hazırlamaq üçün 3-5 il təcrübə tələb olunur

AutoCADSolidWorksTechnical DocumentationTechnical Drawing+4
Müraciət etAsan müraciətAsan müraciət
SAMT
Middle · 1–3 ilSumqayıt
Maaş göstərilməyib

İstehsalat avadanlıqlarının təmiri və sazlanması üzrə çilingər, mexaniki təcrübə tələb olunur.

Mechanical RepairPreventive MaintenanceTeamworkMechanical Assembly+3
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sənaye avadanlıqları üzrə mexanika mühəndisi
Müraciət et