Tikinti obyektində MEP işlərinə nəzarət və işçi qruplarını idarə etmək tələb olunur.
Vakansiya haqqında
Şöbə: Mühəndislik
Ünvan: Zərifə Əliyeva küç., 32
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi
- Mühəndislik departamentinin gündəlik fəaliyyətini koordinasiya etmək, otelin texniki sistemlərinin fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək, texniki xidmət və təmir işlərinə nəzarət etmək.
İşin təsviri
- Mühəndislik komandasının gündəlik fəaliyyətini təşkil və koordinasiya etmək;
- Otelin mexaniki, elektrik, HVAC, santexnika və digər texniki sistemlərinin fasiləsiz fəaliyyətini təmin etmək;
- Profilaktik texniki xidmət və təmir işlərinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
- Yaranan texniki nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək;
- Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək;
- Xarici podratçıların gördüyü işləri koordinasiya etmək və keyfiyyətinə nəzarət etmək;
- Texniki ehtiyat hissələri və avadanlıqların səmərəli istifadəsini təmin etmək;
- Şirkətin müəyyən etdiyi standart və prosedurlara uyğun fəaliyyət göstərmək.
Namizədə olan tələblər
- Mühəndislik və ya texniki xidmət sahəsində minimum 2-3 il iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);
- Mexaniki, elektrik, HVAC və bina mühəndislik sistemləri üzrə biliklər;
- Komandanı idarəetmə, iş bölgüsü və problem həll etmə bacarığı;
- Azərbaycan dilini sərbəst, ingilis dili biliyi üstünlükdür;
- Məsuliyyətli, operativ, komanda ilə işləmək və qərarvermə bacarığına malik olmaq.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühəndislik üzrə qrup rəhbəri rəhbəri/Mexanik” və ya “Engineering Team Leader / Mechanic” qeyd edərək CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Yerləşmə
Azərbaycan
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 avqust 2026
Dillər
Azerbaijani, English
Son tarix
31 avqust 2026
Şirkət haqqında
Dinamo Hotel Baku
Mehmanxana və ictimai iaşə xidmətləri, Mehmanxana və yerləşdirmə xidmətləri
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
Maaş göstərilməyib
Restoranın gündəlik əməliyyatlarına nəzarət edir və komanda idarəetmə bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
PR və marketinq planlaması və icrası ilə məşğul olur, strateji düşünmə və kommunikasiya bacarığı tələb olunur
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İstixana sahəsinin fəaliyyətini idarə edir və bitkilərin aqrotexniki qulluq biliklərinə malikdir.
Müraciət etAsan müraciətAsan müraciət



