Vakansiya haqqında

Vakansiya: MEP Mühəndisi (Mexanika, Elektrik və Santexnika)

ISG Construction MMC Ağdamda həyata keçirilən irimiqyaslı tikinti layihələri üzrə mexanika, elektrik və santexnika işlərinə rəhbərlik edəcək təcrübəli MEP Mühəndisi axtarışındadır. Namizəddən əsas gözləntimiz tikinti sahəsində işçi qruplarının fəaliyyətini optimallaşdırmaq, gündəlik iş normalarının icrasını təmin etmək və layihənin vaxtında, keyfiyyətlə təhvil verilməsinə texniki nəzarəti həyata keçirməkdir.

Vəzifə öhdəlikləri:

Tikinti obyekti üzrə bütün elektrik, santexnika və mexaniki sistemlərin quraşdırılmasına tam texniki nəzarət;

Usta və fəhlə briqadaları üçün gündəlik iş planının təyini, icra faizinin (effektivliyin) ölçülməsi və hesabatlılığın təmin edilməsi;

Mövcud və ya ehtimal olunan gecikmələrin səbəblərinin araşdırılması və aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi;

Layihə sənədlərinin (çertyoj, smeta) sahədə dəqiq tətbiqinin təmin edilməsi;

Təchizat ehtiyaclarının vaxtında müəyyən edilərək mərkəzi anbara bildirilməsi.

Namizədə dair tələblər:

Mühəndislik (Elektrik və ya Mexanika) üzrə ali təhsil;

İrimiqyaslı binaların inşasında MEP mühəndisi olaraq minimum 3-5 il rəsmi iş təcrübəsi;

Proseslərə sərt nəzarət mexanizmi qurmaq və kollektivi idarəetmə qabiliyyəti;

Mühəndislik proqramlarında (AutoCAD və s.) və MS Office (xüsusilə Excel/Google Sheets) proqramlarında sərbəst işləmək bacarığı;

Dəqiqlik, məsuliyyətlilik və nəticəyönümlülük.

İş şəraiti:

İş yeri: Ağdam rayonu

Şirkət tərəfindən yaşayış yeri və gündə 3 dəfə qidalanma ilə tam təmin edilmə;

  • Rəqabətədavamlı əməkhaqqı (namizədin təcrübəsinə əsasən müsahibə əsnasında razılaşdırılacaq
Yerləşmə
Bakı
Təcrübə
3–5 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
10 avqust 2026

Şirkət haqqında

ISG CONSTRUCTION LLC
Construction · 51-200 · Bakı

#ISGC | Construction Company

ISG CONSTRUCTION LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

ArchiCO
Senior · 15+ ilBakı
Maaş göstərilməyib

Tikinti layihələrinin icrasını idarə edir, 15 ildən çox mühəndis-texniki təcrübəyə malikdir.

Project ManagementTechnical DocumentationAutoCADTeam Management+9
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib

Tikinti layihələrində texniki nəzarət və komanda idarəçiliyi bacarığı tələb olunur.

Project ManagementAutoCADQuality ControlPreventive Maintenance Planning+7
Müraciət etAsan müraciətAsan müraciət
North West
Senior · 10+ il
Maaş göstərilməyib

Layihəni idarə etmək, tikinti layihələrində azı 10 il təcrübə tələb olunur.

Project ManagementConstruction ManagementTeam ManagementAutoCAD+5
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
MEP layihə mühəndisi
Müraciət et