Təşkilatı risklərin idarə edilməsində iştirak edir və analitik düşüncə tələb olunur.
Vakansiya haqqında
İş haqqında:
- Azroksan MMC istehsal və keyfiyyətə nəzarət proseslərinin etibarlılığını təmin etmək məqsədilə Dağıdıcı Olmayan Müayinələr Texniki (NDT) vəzifəsi üzrə peşəkar namizəd axtarır. Bu vəzifə çərçivəsində siz müxtəlif sənaye avadanlıqları və konstruksiyalarda qüsurların aşkarlanması, analiz edilməsi və hesabatlandırılması işlərini həyata keçirəcəksiniz.
Əsas vəzifələr:
- İstehsal və istismar proseslərində istifadə olunan material və avadanlıqlar üzərində dağıdıcı olmayan müayinə üsullarının (UT, RT, MT, PT və s.) tətbiqi
- Müayinə tələblərinin və yoxlama metodlarının standartlara uyğun şəkildə müəyyən edilməsi
- Müvafiq standart və prosedurlara uyğun testlərin aparılması və nəticələrin analiz edilməsi
- Müayinə nəticələrinin sənədləşdirilməsi və texniki hesabatların hazırlanması
- Aşkarlanmış qüsurların qiymətləndirilməsi və risk analizinin aparılması
- İstehsal və dizayn komandaları ilə koordinasiyalı şəkildə keyfiyyət problemlərinin araşdırılması və həllinə dəstək
- Avadanlıq və materialların qəbul (incoming), proses və yekun yoxlamalarının həyata keçirilməsi
- Test avadanlıqlarının düzgün istismarı, kalibrlənməsi və texniki vəziyyətinə nəzarət
- Müvafiq standartlar (ASME, ISO, EN və s.) üzrə yeniliklərin izlənməsi və tətbiqi
- Zəruri hallarda FAT və SAT proseslərində iştirak və yoxlamaların aparılması
- Təhlükəsizlik qaydalarına uyğun olaraq işlərin icrası
- Müayinə prosedurlarının hazırlanması və təkmilləşdirilməsi
Tələblər:
- Texniki sahə üzrə ali və ya orta ixtisas təhsili
- NDT sahəsində minimum 2-3 il iş təcrübəsi
- UT, RT, MT, PT metodları üzrə sertifikat (EN ISO 9712 və ya ekvivalent – Level II və ya üstünlük Level III)
- Texniki çertyojları və standartları oxuma bacarığı
- Analitik düşünmə və detallara diqqət
- Komanda ilə işləmə və effektiv kommunikasiya bacarığı
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməli və mövzu sətrində “Dağıdıcı Olmayan Müayinələr Texniki (NDT)” qeyd etməlidirlər.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Yerləşmə
Bakı
Təcrübə
2–3 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
14 sentyabr 2026
Son tarix
14 oktyabr 2026
Şirkət haqqında
AZROKSAN LLC
Defense & Space Manufacturing · Baku
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyib
2 500–3 500₼
Yanğından mühafizə sistemlərinin auditini aparır və layihələrin idarə olunmasında təcrübəsi olmalıdır.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Biznes kreditlərinin monitorinqini aparır və risklərin təhlili üzrə bacarıq tələb olunur.
Maaş göstərilməyib
Kredit, bazar və əməliyyat risklərini idarə edir, risklərin təhlili və minimallaşdırılması bacarığı tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət




