Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • DDF MMC-nin elektrik avadanlıqlarının təhlükəsiz və etibarlı istismarını təmin etmək.
  • Yarımstansiyaların, transformatorların, paylayıcı qurğuların, kabel və hava xətlərinin, elektrik mühərriklərinin və digər elektrik avadanlıqlarının gündəlik texniki vəziyyətini yoxlamaq.
  • Elektrik avadanlıqlarının cari və planlı texniki xidmət və təmir işlərinin icrasını həyata keçirmək.
  • Elektrik qurğularında operativ açma və söndürmə əməliyyatlarının təsdiq edilmiş sxem və təhlükəsizlik qaydalarına uyğun aparılmasını həyata keçirmək.
  • Elektrik qurğularında təmir və digər işlərin təhlükəsiz yerinə yetirilməsi üçün iş yerinin hazırlanmasını və işçilərin təhlükəsizliyini təmin etmək.
  • Qəza-bərpa işləri zamanı elektrik işçilərinin fəaliyyətini sahədə koordinasiya etmək.
  • Elektrik avadanlıqlarının yüklənməsinə, temperaturuna, gərginliyinə, cərəyanına və digər iş parametrlərinə nəzarət etmək.
  • Elektrik avadanlıqlarında planlı baxışların, ölçmələrin və sınaqların vaxtında aparılmasını həyata keçirmək.
  • Rele mühafizəsi, avtomatika, ölçü cihazları və digər mühafizə vasitələrinin işlək vəziyyətinə nəzarət etmək.
  • Elektrik avadanlıqlarının istismar jurnallarının və növbə üzrə texniki qeydlərin düzgün aparılmasını təmin etmək.
  • Elektrik təsərrüfatında istifadə olunan alət, cihaz, fərdi mühafizə vasitələri və digər texniki vasitələrin saz vəziyyətdə saxlanılmasına təmin etmək.
  • Elektrik işçilərinin elektrik təhlükəsizliyi qaydalarına riayət etməsinə nəzarət etmək.
  • Elektrik avadanlıqlarının istismarı zamanı yaranan texniki problemlər barədə Baş energetikə vaxtında məlumat vermək.
  • Elektrik təsərrüfatında qəza və nasazlıqların qarşısının alınması məqsədilə sahədə müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.
  • Elektrik təsərrüfatına aid texniki sənədlərin, sxemlərin, avadanlıq pasportlarının və istismar sənədlərinin sahədə düzgün saxlanılmasını təmin etmək.
  • Elektrik avadanlıqlarında işlərin görülməsi zamanı tələb olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarət etmək.
  • Elektrik təsərrüfatında baş vermiş qəza, nasazlıq və avadanlıq sıradan çıxmaları barədə ilkin məlumat və hesabat hazırlamaq.
  • Baş energetik tərəfindən verilən elektrik təsərrüfatı ilə bağlı tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Ali təhsil (Elektrik mühəndisliyi, Energetika və ya Avtomatlaşdırma sahəsi));
  • Minimum 3 il iş təcrübəsi (Energetika və ya Ağır Sənaye sahəsi üzrə iş təcrübəsi:
  • Elektrik avadanlıqlarının istismarı və təmiri (Transformatorlar, Yüksək/Alçaq gərginlik xətləri);
  • Müvafiq qanunvericilik aktları və normalarını bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi;
  • Microsoft Office və AutoCad proqramları üzrə kompüter biliyi ;

Digər məlumatlar:

  • İş yeri: Daşkəsən rayonu
  • 5 günlük iş rejimi (bazar ertəsi – cümə)
  • İş vaxtı: 08:00 – 17:00
  • Servislə təmin olunma;
  • Nahar yeməyi ilə təmin olunma;

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə və minimum əmək haqqı tələbini göstərməklə Müraciət et düyməsində qeyd olunan elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Daşkəsən
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 oktyabr 2026
Dillər
Azerbaijani
Son tarix
6 noyabr 2026
Baxış
66

Şirkət haqqında

Daşkəsən Dəmir Filiz MMC
Mədənçıxarma, neft və qaz, Mədənçıxarma və karxana fəaliyyəti · Baku
Daşkəsən Dəmir Filiz MMC — bütün vakansiyalar

“Daşkəsən Dəmir Filiz” Məhdud Məsuliyyətli Cəmiyyəti “AzerGold” QSC tərəfindən 14 dekabr 2020-ci il tarixində törəmə hüquqi şəxs qismində təsis edilmişdir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş 5 günlük rejimdə, bazar ertəsindən cüməyədək, 08:00–17:00 saatları arasında təşkil olunur.

İş yeri Daşkəsən rayonundadır.

Namizədlər minimum əmək haqqı tələbini qeyd etməlidirlər.

Namizədlər CV-lərini mövzu hissəsində “Baş elektrik” qeyd etməklə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Microsoft Office və AutoCAD proqramları üzrə bilik tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Növbə mühəndisi üzrə Daşkəsən şəhərində digər açıq elanlar.

AzerGold
Middle · 1+ ilDaşkəsən
Maaş göstərilməyib

İstehsalat proseslərini idarə edir, riskləri qiymətləndirir və operatorları nəzarətdə saxlayır, ən azı 1 il təcrübə tələb olunur.

Team LeadershipProduction Process ManagementRisk AssessmentEmergency Response Coordination+6
Müraciət et
AzerFloat
Middle · 3–5 ilSumqayıt
Maaş göstərilməyib6 gün qalıb

Sumqayıtda zavodun elektrik sistemlərinin fasiləsiz işini təmin etmək üçün 3-5 il təcrübə tələb olunur.

Preventive MaintenanceTechnical InspectionTeamworkElectrical Engineering+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Baş elektrik
Müraciət et