Elektrik avadanlıqlarının təhlükəsiz istismarını təmin edir və 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
İstehsalatın ən yüksək performansla işləməsini təmin etmək;
Əməliyyatın çatışmazlıqlarını və tələblərini təhlil edərək əməliyyata istiqamət vermək;
İstehsalatda ola biləcək potensial riskləri qabaqcadan müəyyənləşdirib, onların qarşısını almaq üçün CİL zavodunun müdirinə məlumat vermək;
Yanğın, zəhərlənmə, qəza və digər təcili hallarda operatorları yönləndirmək və təxliyə planına rəhbərlik etmək;
Tabeliyində olan operatorların fəaliyyətini mütəmadi olaraq qiymətləndirmək və qeydlər aparmaq;
Operatorların işinə marağını artırmaq, komanda daxilində əməkdaşlığı gücləndirmək və iş mühitini müsbət saxlamaq;
İstehsalat proseslərində yaranmış problemlərin innovativ həllərin tətbiqi imkanlarını izləmək və təklif vermək;
Proses dəyişikliklərinə əsasən əməliyyat planını hazırlamaq;
Operatorlardan istehsalatın gedişi və ya istehsalata təsir edən hər bir parametr barədə məlumat toplayaraq, müvafiq tədbirlərin görülməsi barədə qərar vermək;
İstehsalat üçün lazım olan kimyəvi maddələrin miqdarlarını optimallaşdırmaq, nəzarət etmək və lazımi hesabatları hazırlamaqla yanaşı, zavodda istifadə olunan bütün kimyəvi maddələrin miqdarı və ehtiyatına da nəzarət etmək;
Karbon sıyırma və dəyirman dayanma planlamalarına əməl etmək;
Öz sahəsində səmərəliliyi artırmaq və ya əməliyyatı təkmilləşdirmək üçün layihələr və layihələrin texniki iqtisadi əsaslandırmalarını hazırlamaq;
Bütün mexaniki və elektrik problemlərini izləməklə problemlər barədə aidiyyəti struktur bölməyə məlumat vermək;
Mövcud prosedurlara və təlimatlara uyğun olaraq növbə ərzində zavodda aparılan prosesləri səmərəli şəkildə idarə etmək;
Texnoloji avadanlıqların iş prinsiplərini başa düşmək və zərurət olduqda operatorları məlumatlandırmaq;
İdarəetmə otağının, bütün FMV (Fərdi Mühafizə Vasitələri) materiallarının çatışmazlıqlarına nəzarət etmək və təmin etmək;
İstehsalatın düzgün təşkilini və növbəliliyini təmin etmək;
Texniki və saf su çənlərinin səviyyəsinə nəzarət etməklə yanaşı, istehsalat və fövqəladə hallar üçün hər zaman kifayət qədər suyun təmin olunmasına nəzarət etmək;
İşçilərin inkişaf proqramlarını hazırlamaq və aidiyyəti sahə üzrə (aparılan proseslər və iş öncəsi SƏTƏM normaları üzrə) təlimlər keçmək;
Operatorların nahar, şam yemək vaxtlarını istehsalat tələblərinə uyğun təşkil etmək;
Operatorların və özünün ehtiyaclarına uyğun FMV (Fərdi mühafizə vasitələri) və avadanlıqlarla təmin edilməsi üçün aidiyyəti struktur bölməyə müraciət etmək;
Tabeliyində olan operatorların bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək.
Tələb olunan bilik və bacarıqlar:
Azərbaycan dili səlis, İngilis dili və Rus dili arzuolunandır.
Tələb olunan təhsil:
Ali təhsil ( Metallurgiya, Kimya mühəndisliyi, Kimya).
Tələb olunan iş təcrübəsi:
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
Növbəli iş qrafiki.Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
AzerGold CJSC — Azerbaijan's state gold & non-ferrous metals producer (Chovdar, Söyüdlü/ZOD). Hires middle+ geology, mining engineering, IT, legal, procurement and ecology talent.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Daşkəsən rayonundadır.
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Növbəli iş qrafiki tətbiq olunur.
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Beynəlxalq və yerli təlimlərdə iştirak, idman mərkəzlərindən limitsiz istifadə, nəqliyyat xidməti və rəqabətli mükafatlandırma sistemi mövcuddur.
Azərbaycan dili səlis, İngilis və Rus dilləri arzuolunandır.
Ali təhsil (Metallurgiya, Kimya mühəndisliyi, Kimya) tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə mühəndisi üzrə Daşkəsən şəhərində digər açıq elanlar.
Offshore tikinti kampaniyalarını idarə edir və təhlükəsizlik və texniki bilik tələb edir.
Qazma əməliyyatlarına rəhbərlik edir, təhlükəsizlik və planlaşdırma bacarıqları tələb olunur.
Production mühitində servislərin monitorinqi və problemlərin analitik həlli üçün texniki bacarıq tələb olunur



