Elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin edir və texniki təcrübəyə malikdir.
Vakansiya haqqında
CCN Holding 2007-ci ildən etibarən səhiyyə, tikinti, yaxtaçılıq, texnologiya, təhsil və turizm sahələrində fəaliyyət göstərən, 3 ölkədə 10 minə yaxın əməkdaşı olan şirkətlər qrupudur. Qrup şirkətlərimizdən biri olan CCN İnşaatın Azərbaycandakı Olive Bay layihəsi üçün peşəkar və məsuliyyətli Elektrik İşləri Sahə Mühəndisi axtarırıq.
İşin təsviri:
- Təsdiq edilmiş tətbiq layihələrinə, texniki spesifikasiyalara və iş proqramına uyğun olaraq elektrik işlərinin sahədə icrasını izləmək və koordinasiya etmək;
- Elektrik işlərinin keyfiyyət tələblərinə, şirkətin prosedurlarına, əməyin mühafizəsi qaydalarına və qüvvədə olan qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
- Subpodratçılar tərəfindən yerinə yetirilən elektrik işlərini yoxlamaq, keyfiyyətə nəzarət qeydlərini hazırlamaq və QA/QC bölməsinə təqdim etmək;
- Subpodratçıların hazırladığı metraj, ataşman, haqq-hesab sənədlərini, material hesablamalarını və detallı iş proqramlarını yoxlamaq və izləmək;
- Sahə işləri üçün tələb olunan material, avadanlıq və digər ehtiyacları müəyyən etmək, təminat prosesini izləmək;
- Sahədə yaranan texniki məsələləri araşdırmaq, həll təklifləri vermək və zəruri texniki yoxlamaları aparmaq;
- Layihənin digər bölmələri və subpodratçılarla koordinasiyalı işləmək.
Vəzifə üzrə tələblər:
- Universitetlərin Elektrik Mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Tikinti sektorunda ən azı 3 il, ümumilikdə isə ən azı 5 il iş təcrübəsi;
- Elektrik layihələrini, tətbiq çertyojlarını və texniki spesifikasiyaları oxumaq və qiymətləndirmək bacarığı;
- Smeta və iş həcmlərinin hesablanması,və haqq-hesab prosesləri barədə məlumatlı olmaq
- MS Office, AutoCAD və oxşar texniki proqramlardan istifadə bacarığı;
- Keyfiyyətə nəzarət, sınaq, istismara vermə və əməyin mühafizəsi prosesləri barədə bilik;
- İngilis dili biliyinin orta səviyyədə olması; yaxşı səviyyədə olması üstünlükdür;
- Analitik düşünmə, problem həll etmə, komandada işləmə və effektiv ünsiyyət bacarıqları.
İş yeri: Zağulba, Bakı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Növbə mühəndisi üzrə bazar adətən 1 200–1 500 ₼ ödəyir, median — 1 500 ₼.
18 açıq vakansiya, 5 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Növbə mühəndisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Zağulbadır, Bakı şəhəri.
Ümumilikdə ən azı 5 il iş təcrübəsi tələb olunur, tikinti sektorunda isə ən azı 3 il.
CV göndərilməlidir, mövzu hissəsində “Elektrik İşləri Sahə Mühəndisi” qeyd olunmalıdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə mühəndisi üzrə Zağulbada digər açıq elanlar.
İstehsalat prosesini idarə edir, işçiləri koordinasiya edir və keyfiyyətə nəzarət edir.
Elektrik təchizatı və avadanlıqlarının təmiri sahəsində işləri planlaşdırır və rəhbərlik edir, mühəndislik təcrübəsi tələb olunur
Regionlarda sənaye qaz qurğularının istismarına icazə verilməsi və yoxlamaların aparılması üzrə işləyir, qaz təchizatı üzrə 3 il təcrübə tələb olunur.




