Vakansiya haqqında

Mexanik Briqadir

Əsas vəzifə öhdəlikləri:

  • Binada mövcud olan mexaniki mühəndis sistemlərinin fasiləsiz, təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək.
  • Su təchizatı, kanalizasiya, istilik, soyutma, havalandırma, kondisioner, drenaj, qazanxana və nasos sistemlərinin texniki vəziyyətinə gündəlik nəzarət etmək.
  • Mexaniki texniki heyətin gündəlik fəaliyyətini təşkil etmək, iş bölgüsünü aparmaq və verilmiş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək.
  • Mexaniki sistem və avadanlıqlar üzrə profilaktik baxış, texniki xidmət və təmir işlərinin təsdiq edilmiş qrafiklərə uyğun icrasını təşkil etmək.
  • Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək, səbəblərini araşdırmaq və aradan qaldırılması üçün zəruri tədbirlər görmək.
  • Su sızması, kanalizasiya tutulması, nasosların sıradan çıxması və digər qəza hallarında operativ müdaxilə etmək, texniki heyətin işini əlaqələndirmək.
  • Mexaniki avadanlıqların texniki istismar, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına uyğun istifadəsinə nəzarət etmək.
  • Texniki xidmət və təmir işləri üçün tələb olunan alət, material və ehtiyat hissələrinə olan tələbatı müəyyən etmək və təminatla bağlı rəhbərliyə məlumat vermək.
  • Görülmüş işlərin, aşkar edilmiş nasazlıqların və aradan qaldırılmış problemlərin texniki jurnallarda qeyd olunmasını təmin etmək.
  • Briqada üzvlərinin əmək intizamına, iş qrafikinə və daxili intizam qaydalarına riayət etməsinə nəzarət etmək.
  • Mexaniki sistemlərdə enerji və su itkilərinin azaldılması, avadanlıqların səmərəli istismarı istiqamətində tədbirlər görmək.
  • Mexaniki sistemlərin texniki vəziyyəti, görülmüş işlər və mövcud problemlər barədə birbaşa rəhbərə mütəmadi məlumat vermək.
  • Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.

Vəzifənin ilkin tələbləri:

  • Müvafiq texniki sahə üzrə orta ixtisas və ya ali təhsil;
  • Mexaniki sistemlərin istismarı və texniki xidməti sahəsində iş təcrübəsi;
  • HVAC, su təchizatı, kanalizasiya, istilik və nasos sistemləri üzrə praktiki biliklər;
  • Texniki nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması bacarığı;
  • Texniki heyətin idarə edilməsi və işlərin koordinasiyası bacarığı;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək;
  • Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı.

Maraqlanan namizədlərdən xahiş olunur ki, “Mexanik Briqadir” vəzifəsinin adını e-mailin mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına CV-lərini göndərsinlər.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Mechanical Foreman

Key Responsibilities

  • Ensure the continuous, safe, and efficient operation of all existing mechanical engineering systems within the building.
  • Monitor the daily technical condition of water supply, drainage, sewage, heating, cooling, ventilation, air conditioning, boiler room, and pumping systems.
  • Organize and coordinate the daily activities of the mechanical maintenance team, assign tasks, and ensure their timely and quality execution.
  • Organize and oversee preventive inspections, maintenance, and repair works of mechanical systems and equipment in accordance with approved schedules.
  • Identify equipment malfunctions in a timely manner, investigate their causes, and take the necessary measures to resolve them.
  • Respond promptly to emergencies, including water leaks, sewage blockages, pump failures, and other mechanical system breakdowns, while coordinating the technical team's response.
  • Ensure that mechanical equipment is operated in compliance with technical operating procedures, occupational health and safety requirements, and applicable safety regulations.
  • Identify the requirements for tools, materials, and spare parts necessary for maintenance and repair works, and inform management of procurement needs.
  • Ensure that completed works, identified malfunctions, and corrective actions are properly recorded in technical maintenance logs.
  • Monitor team members' attendance, work schedules, labor discipline, and compliance with internal workplace regulations.
  • Implement measures to reduce energy and water losses and improve the operational efficiency of mechanical systems and equipment.
  • Regularly report to the direct supervisor on the technical condition of mechanical systems, completed maintenance works, and outstanding issues.
  • Perform other duties assigned by the direct supervisor within the scope of the position's responsibilities

Minimum Job Requirements

  • Technical college diploma or bachelor's degree in a relevant technical field.
  • Previous work experience in mechanical systems operation and maintenance.
  • Practical knowledge of HVAC, water supply, sewage, heating, and pumping systems.
  • Ability to identify technical faults and troubleshoot equipment malfunctions.
  • Experience in supervising technical personnel and coordinating maintenance activities.
  • Knowledge of occupational health and safety requirements and technical safety regulations.
  • Strong sense of responsibility, responsiveness, and ability to work effectively as part of a team.

Interested candidates are requested to submit their CVs to the e-mail address in the Apply for job button by indicating the position title “Mechanical Foreman” in the subject line of your email.

Please note that only shortlisted candidates will be contacted.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Son tarix
15 noyabr 2026
HRX ilə müraciət
1
Baxış
63

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Növbə mühəndisi üzrə bazar adətən 800–1 500 ₼ ödəyir, median — 1 350 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

14 açıq vakansiya, 6 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Növbə mühəndisi kimi öz maaşını yoxla

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

CV göndərmək tələb olunur, mövzu hissəsində vəzifə adı qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Müraciət üçün son tarix 15 noyabr 2026-cı ildir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Növbə mühəndisi üzrə Bakıda digər açıq elanlar.

CMS Properties
Middle · 2+ ilBakı
800₼

Elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin edir və texniki təcrübəyə malikdir.

Technical InspectionReport PreparationElectrical Equipment MaintenanceFault Diagnosis+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TƏBİB
Middle · 3+ ilBakı
Maaş göstərilməyib3 gün qalıb

Xəstəxananın enerji sistemlərinin istismarını və təhlükəsizliyini təmin edir, elektrik mühəndisliyi üzrə təcrübə tələb olunur.

Technical MaintenanceStatistical ReportingElectrical EngineeringEnergy efficiency monitoring+3
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Mexanik briqadir
Müraciət et