Offshore tikinti kampaniyalarını idarə edir və təhlükəsizlik və texniki bilik tələb edir.
Vakansiya haqqında
Əsas vəzifələr
- Təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını təmin etmək, təhlükəsizlik müşavirələri keçirmək, auditlər aparmaq, beləliklə, sahədə təhlükəsizlik standartlarını tətbiqinə əminliyi təmin etmək;
- Quyu proqramı və təhlükəsizlik qaydalarına müvafiq olaraq, bütün quyu sahəsi əməliyyatlara rəhbərlik etmək;
- peşəkar inkişaf proqramların təşkili və idarə edilməsi;
- Qazma podratçılarının razılaşdırılmış şərtlərə riayət etməsini təmin etmək;
- Quyu əməliyyatlarındakı fəaliyyətlər üzrə sahədə qazma briqadaları, podratçılar və mühəndislərlə müştərək formada işləmək;
- Əməliyyat parametrlərinə nəzarət etməklə, performansın optimallaşdırılmasını tənzimləmək;
- Buruqda mal-materialların təminatına, işçilərin və podratçıların sahədə olmasına, avadanlıqların hazır vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Şəxsi heyətin, avadanlıqların və materialların koordinasiyası da daxil olmaqla, əməliyyat logistikasını idarə etmək;
- Əməliyyat zamanı yaranan problemləri aradan qaldırmaq və zəruri hallarda düzəldici tədbirlər görmək;
- Növbəti həftənin qazma planını və gündəlik qazma hesabatlarını hazırlamaq, həmçinin xərcləri izləmək və performans qeydlərini aparmaq;
- Daha az təcrübəli işçilərə və qazma komandasına mentorluq etmək;
- Əməliyyat nəzarətçisi və digər komanda üzvləri ilə əməkdaşlıq edərək, mütəmadi olaraq çevik məlumat mübadiləsini təmin etmək və problemlərin səbəbini müəyyən etmək, həlli üzrə təkliflər formalaşdırmaq;
- Əsaslandırılmış qərarlar vermək məqsədi ilə digər xidmətlərin (yataqların idarə edilməsi, texniki qulluq, etibarlılıq və bütövlük, təmir-tikinti, SƏTƏMM və s.) mütəxəssisləri ilə sıx əməkdaşlıq etmək.
Tələblər
- Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Qazma mühəndisliyi və ya quyu əməliyyatları üzrə minimum 5 il iş təcrübəsi;
- Qazma qurğularının iş prinsipləri, quyu idarəetmə sistemləri və təhlükəsizlik avadanlıqları haqqında dərin texniki biliklər;
- Əməliyyatların təhlükəsizlik tələblərinə uyğun və səmərəli şəkildə idarə edilməsi bacarığı;
- Planlaşdırma proqramları ilə işləmə bacarığı;
- Beynəlxalq səviyyəli sertifikatların (IWCF, IADC WellSharp və s.) olması arzuolunandır.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıdadır.
Minimum 5 il qazma mühəndisliyi və ya quyu əməliyyatları üzrə təcrübə tələb olunur.
Neft-qaz mühəndisliyi, mexanika mühəndisliyi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
İş saatları və rejimi barədə məlumat verilməyib.
Namizədlər CV göndərməlidir. Məktub birbaşa işəgətərin poçtuna gedir, qeydiyyat lazım deyil. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarNövbə mühəndisi üzrə Bakıda digər açıq elanlar.
Təyin olunmuş təyyarələrdə planlı və plansız texniki xidmət işlərini həyata keçirir, texniki sənədləri oxumaq bacarığı tələb olunur.
Hidravlik qaldırma sistemlərinin təhlükəsizliyinə nəzarət edir və texniki bilik tələb olunur.
Production mühitində servislərin monitorinqi və problemlərin analitik həlli üçün texniki bacarıq tələb olunur



