Vakansiya haqqında

Təsvir

  • Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq.
  • Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək.
  • Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi.
  • Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək.
  • İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək.
  • Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək.
  • Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək.
  • Sənədləşmə və Hesabatlılıq:
  • İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq.
  • Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək
  • Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək.
  • Layihədən gündəlik hesabatların alınması, həftəlik iş planına əsasən yoxlanılması, analiz edilməsi və sonda hesabat hazırlanıb rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Təhsil: Ali;
  • İş təcrübəsi: minimum 3 il;
  • Kompüter bilikləri: MS Ofis (Excel, Word, PowerPoint, Outlook), 1C, Autocad;
  • Dil bilikləri: Azərbaycan dili səlis (Rus və ingilis dilləri arzuolunandır);
  • Sahə bilikləri: Tikinti normaları, qaydaları və layihə idarə edilməsi metodologiyalarına dair biliklər;
  • Tikinti prosesləri; Tikinti prosesləri və mərhələləri (qazıntı, təməl, karkas, örtük, daxili tamamlanma işləri və s.) haqqında məlumatlılıq;
  • Material bilikləri: Tikinti materialları (beton, armatur, kərpic, izolyasiya materialları, metal konstruksiyalar və s.) haqqında texniki biliklər;
  • Maşın və avadanlıqlar: İnşaat maşın və avadanlıqlarının (kranlar, ekskavatorlar, betonqarışıdırıcılar və s.) iş prinsipləri və funksiyaları barədə məlumatlılıq;
  • Cizgi və Plan oxuma: Tikinti layihələrinin oxunması və təhlil bacarığı (memarlıq, konstruktiv, elektrik və mexanik planlar);
  • Mühəndislik hesabatları: Topoqrafik və geoloji hesabatları anlamaq və analiz etmək bacarığı;
  • Normativ sənədlər: Tikinti standartları, dövlət şəhərsalma sənədləri və normativ hüquqi aktlarla işləmək təcrübəsi.

Şəxsi Keyfiyyətlər:

  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Güclü təşkilatçılıq və zamanın idarə olunması qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli və nəticəyönümlü yanaşma.

İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Şənbə və bazar günü;
  • İş yeri: Luxen Plaza.

Biz nə təklif edirik:

  • Əmək haqqı: Razılaşma yolu ilə;
  • Şəhərin mərkəzində ofis;
  • Dinamik və gənc komanda ilə iş imkanı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
3 avqust 2026
Dillər
Azerbaijani, Russian, English
Son tarix
3 sentyabr 2026

Şirkət haqqında

Matanat A
Building Materials · Baku
Matanat A — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Sinteks LLC
Middle · 1+ il
Maaş göstərilməyib

İşçilərin işgüzar səfərlərini təşkil edir və viza müraciətlərini idarə edir, rezervasiya bilikləri tələb olunur.

NegotiationTicket ReservationHotel ReservationVisa Application Processing+6
Müraciət et
Maaş göstərilməyib

İcraçı komandaya inzibati və əməliyyat dəstək göstərir, güclü təşkilatçılıq bacarığı tələb olunur.

MultitaskingOrganizational skillsTime managementWritten Communication+5
Müraciət etAsan müraciətAsan müraciət
Hermes-S MMC
Senior · 15+ il
Maaş göstərilməyib

Tikinti layihələrinin texniki və təşkilati icrasına nəzarət edir, 15 ildən çox təcrübə tələb olunur.

Quality ControlAutoCADTeamworkConstruction Project Management+10
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Planlama üzrə mütəxəssis
Müraciət et