Layihə iş qrafiklərini hazırlayır və yeniləyir, Primavera və Excel bilikləri tələb olunur.
Vakansiya haqqında
Vəzifənin məqsədi
- Layihə üzrə iş qrafiklərinin hazırlanması, faktiki icranın planla müqayisəli izlənilməsi, gecikmələrin müəyyən edilməsi və layihə sənədlərinin sistemli şəkildə idarə olunmasını təmin etmək. Layihə Menecerini planlaşdırma, hesabatlılıq və sənədlərə nəzarət sahələrində dəstəkləmək.
Əsas vəzifə və öhdəliklər
Planlaşdırma və layihə nəzarəti
- Layihənin ümumi və detallı iş qrafiklərini hazırlamaq və mütəmadi yeniləmək.
- Tikinti işlərinin ardıcıllığını, müddətlərini, asılılıqlarını və əsas mərhələlərini müəyyən etmək.
- Faktiki görülmüş işləri plan göstəriciləri ilə müqayisə etmək və gecikmələri müəyyənləşdirmək.
- Həftəlik və aylıq irəliləyiş hesabatlarını, plan-fakt müqayisələrini və proqnozları hazırlamaq.
- Layihənin gecikmə risklərini müəyyən etmək, bərpa qrafiklərinin hazırlanmasında iştirak etmək.
- Materialların, avadanlıqların və subpodratçı işlərinin qrafiklə əlaqələndirilməsinə dəstək göstərmək.
- Sahədən məlumatları toplamaq, yoxlamaq və layihənin faktiki vəziyyətini əks etdirən hesabatlar hazırlamaq.
Sənədlərə nəzarət (Document Control)
- Layihə sənədlərinin qeydiyyatını aparmaq və sənədlərin reyestrini (Document Register) aktual saxlamaq.
- Çertyojların, texniki sənədlərin, Icra Metodologiyalarının, ITP, material təsdiqlərinin və digər təqdimatların statusunu izləmək.
- Sənədlərin sifarişçiyə, layihəçiyə və digər tərəflərə vaxtında təqdim olunmasını və cavabların izlənilməsini təmin etmək.
- Sənədlərin versiyalarına və reviziyalarına nəzarət etmək, köhnəlmiş sənədlərin istifadəsinin qarşısını almaq.
- Gündəlik hesabatları, iclas protokollarını, yazışmaları və digər layihə qeydlərini sistemli şəkildə arxivləşdirmək.
- Gizli iş aktları, sınaq protokolları, icra sənədləri və As-Built çertyojlarının statusunu izləmək.
- Layihənin təhvil-təslimi üçün tələb olunan sənədlərin toplanmasını və yekun sənədləşmənin tamamlanmasını koordinasiya etmək.
Namizədə tələblər
- Tikinti mühəndisliyi, mülki tikinti və ya müvafiq sahə üzrə ali təhsil.
- Tikinti layihələrində planlaşdırma, layihə nəzarəti üzrə minimum 2–3 il iş təcrübəsi.
- Sənədlərin idarə edilməsi və nəzarəti prosesləri üzrə bilik və təcrübəyə malik olmaq.
- Tikinti prosesləri, iş ardıcıllığı və layihə sənədləri haqqında praktiki biliklər.
- MS Office proqramlarında yaxşı işləmək bacarığı.
- MS Project və ya Primavera P6 proqramları ilə işləmək bacarığı.
- Sənədlərin qeydiyyatı, versiya nəzarəti və hesabatların hazırlanması üzrə bacarıqlar.
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; ingilis dilini bilmək üstünlükdür.
- Yüksək dəqiqlik, sistemlilik, analitik düşüncə və vaxtın düzgün idarə olunması.
- Sahə komandası, Layihə Meneceri, mühəndislər və sifarişçi nümayəndələri ilə effektiv koordinasiya bacarığı.
İş şəraiti
- Peşəkar komandada işləmək və tikinti layihələrinin idarə edilməsində iştirak imkanı.
- Təcrübə və bacarıqlara uyğun əməkhaqqı.
- Peşəkar inkişaf və praktiki təcrübənin artırılması imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıda yerləşir.
Tikinti layihələrində planlaşdırma və layihə nəzarəti üzrə minimum 2-3 il iş təcrübəsi tələb olunur.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əməkhaqqı təcrübə və bacarıqlara uyğun müəyyən edilir.
Namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarPlanlaşdırma üzrə mühəndis üzrə Bakıda digər açıq elanlar.
Tikinti layihələrinin planlaşdırılmasını həyata keçirir, Primavera və MS Project proqramlarını yaxşı bilir.
Layihələrin planlaşdırılması və icrası üçün Primavera P6 və CPM bilikləri tələb olunur.
Layihə qrafikini hazırlayır, kritik fəaliyyətləri izləyir və resurs planlaması aparır.




