Vakansiya haqqında

SOCAR-da karyeranıza doğru ilk addım

Vakansiya təsviri
  • Müəssisə: SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, Xaçmaz Regional Qaz İstismarı İdarəsi
  • Struktur vahidi: Xaçmaz rayonu üzrə Texniki baxış və təmir-bərpa xidməti
  • İş yeri: (Xaçmaz şəhəri)
  • Vəzifənin adı: elektrik qaz qaynaqçısı
  • Dərəcə: (ƏÖD) 05
  • Saatlıq əmək haqqı: 4.33 AZN
  • Zərərli əmək şəraitinə görə əmək haqqına əlavə : 8 %
  • Nahar ödənişi: SOCAR-ın müvafiq qərarına əsasən hər faktiki işlədiyi iş gününə görə 5 AZN yemək xərci ödənilir.
  • İş rejimi: Tam iş vaxtı (5 günlük iş həftəsi, həftədə 40 saat)
  • İş yerinin ünvanı: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 63
Vəzifə funksiyaları
  • Müxtəlif polad, əlvan metal və ərintilərdən olan mürəkkəb və məsul aparat, qovşaq, boru və polietilen kəmərləri əl ilə qövsü və plazmalı qaynaq etmək, əl ilə, oksigenlə və hava-plazmalı kəsmək;
  • Karbonlu, legirlənmiş, xüsusi polad və çuqundan olan mürəkkəb detalları qövsü oksigenlə kəsmək (yonmaq);
  • Məsul blok konstruksiyaları bütün vəziyyətlərdə qaynaq etmək, mürəkkəb detal və qovşaqları lehimləmək;
  • Fəaliyyətdə olan qaz kəmərlərində təzyiqi azaltmaqla oyuqları kəsmək və açmaq, təzyiqi ölçmək, kipləşdirici qurğu və qapayıcıları yoxlamaq;
  • Təzyiq altında boruları kəsmək, qaynaq detalları və çatqıları hazırlamaq, kəsilmiş pəncərələri qaynaq etmək;
  • Qazdan təhlükəli işlər üçün alət və materialları hazırlamaq;
  • Fəaliyyətdə olan qaz kəmərlərində elektrik və qaz qaynağı aparmaq, elektrod və aşqar məftilləri seçmək;
  • Gücləndirici muftalar quraşdırmaq, qaz sızmalarını aradan qaldırmaq;
  • Odluq və kəsiciləri təmir etmək, nişanlama və uyğunlaşdırma işlərini aparmaq;
  • Binadaxili qaz kəmərlərində kəsik aparmaq;
  • Kondensat yığıcılarını, hidravlik örtgəcləri, içəri əyilmiş və qabarmış qapayıcıları, kompensator və siyirtmələri kəsmək;
  • Çarxları qaynaq etmək, orta mürəkkəblikdə cizgiləri oxumaq.
Bilməlidir
  • Müxtəlif tipli qaynaq maşınlarının elektrik sxemlərini və konstruksiyasını;
  • Müxtəlif metalların, elektrodlarla lehimlənmiş metal və yonulmuş tökmələrin texnoloji xassələrini;
  • Qaynaq tikişlərinin texnoloji ardıcıllığını və rejimlərin seçilməsini;
  • Məsul qaynaq tikişlərinin sınaq və nəzarət üsullarını;
  • Mürəkkəb metal konstruksiyaların çertyojlarının oxunmasını;
  • Qaz qaynağı və kəsmənin əsas rejim və növlərini;
  • Qaz-elektrik qaynaq və kəsmə aparatlarının quraşdırılması, istismarı, xidməti və təmiri qaydalarını;
  • Oksigen və asetilen balonlarının, qaz generatorlarının nəqli və xidməti qaydalarını;
  • Orta təzyiqli boru və kəmərlərin qaynaq xüsusiyyətlərini;
  • Detalların forma və qalınlığına uyğun qaynaq rejimlərinin müəyyənləşdirilməsini;
  • Elektrik və qaz qaynağı aparatlarının quraşdırılması, istismarı və təmiri qaydalarını;
  • İstehsalat və əmək intizamı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarını.
Təhsil və iş təcrübəsinə dair tələblər
  • Peşə təhsili
  • Qaynaqçı sertifikatı olan namizədlərə üstünlük verilir
  • İş təcrübəsi tələbi yoxdur
  • Əmək fəaliyyəti dövründə stajkeçmə və peşə hazırlığı kurslarında əlavə təhsil tələb olunur
Digər məlumatlar
  • Tibbi sığorta - təmin edilir
  • İş yerinə çatdırılma - təmin edilmir
  • Son müraciət tarixi: 28.10.2026

SOCAR ailəsinə qoşulmaqla siz peşəkar inkişaf, yeni təcrübələr, öyrənmə və karyera imkanları əldə edir, böyük və dinamik komandanın bir hissəsinə çevrilirsiniz. Bizi birləşdirən təhlükəsizlik, vahid komanda, hesabatlılıq, davamlı inkişaf və qayğı dəyərlərini paylaşaraq gələcəyimizi birlikdə formalaşdırırıq.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Xaçmaz, Heydər Əliyev prospekti, bina 63
Məşğulluq
Tam ştat
Əməkhaqqı
433 ₼
Yerləşdirilib
26 oktyabr 2026
Son tarix
28 oktyabr 2026
Baxış
39

Şirkət haqqında

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

Xaçmaz şəhəri, Heydər Əliyev prospekti, bina 63 ünvanında yerləşir.

Tam iş vaxtı, həftədə 5 iş günü, 40 saat işləmək tələb olunur.

Saatlıq əmək haqqı 4.33 AZN, zərərli əmək şəraitinə görə 8% əlavə və hər iş günü üçün 5 AZN nahar ödənişi verilir.

Elektron müraciət, ilkin seçim, test və/və ya müsahibə mərhələlərindən ibarətdir.

Hər bir namizəd eyni vaxtda yalnız 1 aktiv müraciət edə bilər.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Qaynaq mühəndisi üzrə Xaçmazda digər açıq elanlar.

SOCAR
MiddleBakı
433₼Son gün

Yerüstü avadanlıqları və neft-qaz xətlərini qaynaq etmək üçün peşəkar qaynaqçı tələb olunur.

WeldingMechanical processingEquipment Maintenance
Müraciət et

Mexanik

Maaş göstərilməyib

Mexanik qaynaq, santexnika və ümumi mexaniki təmir işlərini yerinə yetirir.

WeldingMechanical RepairTechnical MaintenancePlumbing
Müraciət et
Bütün oxşar vakansiyalar
433 ₼
Elektrik qaz qaynaqçısı
Müraciət et