Metal konstruksiyaların hazırlanması və qaynaq işlərini yerinə yetirmək üçün qaynaqçı tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
- Texniki çertyoj, sxem və istehsalat tapşırıqlarına uyğun qaynaq işlərini icra etmək;
- Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini vizual olaraq yoxlamaq, aşkar edilmiş qüsurları aradan qaldırmaq;
- Metal hissələrin ölçülərinə və konstruktiv tələblərə uyğun qaynaq edilməsini təmin etmək;
- Qaynaq aparatları, qaz balonları, elektrodlar, kabellər və digər qaynaq avadanlıqlarından düzgün istifadə etmək;
- Qaynaq işləri zamanı avadanlıqların texniki sazlığını yoxlamaq;
- İstehsalat prosesində istifadə olunan materiallara qənaətlə və təyinatına uyğun yanaşmaq;
- Əsas və yardımçı istehsalat avadanlıqlarının, maşın və mexanizmlərin sökülməsi, təmiri və yığılmasını həyata keçirmək;
- Avadanlıqların həftəlik, gündəlik, aylıq və illik texniki xidmət planlarına uyğun olaraq planlı texniki xidmət işlərini həyata keçirmək;
- Kran və digər mexanizmlərin köməyi ilə aqreqat və konstruksiyaların quraşdırılması və demontajında iştirak etmək;
- Mürəkkəb və sadə quruluşlu avadanlıqların quraşdırılması, sökülməsi, sınaqdan keçirilməsi, tənzimlənməsi və sazlanmasını həyata keçirmək;
Tələblər:
- Orta-ixtisas təhsili.
- Minimum 3 illik təcrübə.
İş şəraiti:
- 6 günlük iş qrafiki: saat 09:00-17:00;
- Əmək haqqı: 800 AZN;
- İş yerinin ünvanı: Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km. (İş yerinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcək)
Tələblərə cavab verən namizədlər müsahibə mərhələsi üçün baş ofisə dəvət ediləcək.
Uyğun namizədlərdən CV-lərini “Qaynaqçı çilingər” başlığı altında “Müraciət et” düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Qaynaqçı üzrə bazar adətən 900–1 500 ₼ ödəyir, median — 1 150 ₼.
19 açıq vakansiya, 15 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Qaynaqçı kimi öz maaşını yoxlaŞirkət haqqında
“Karo JV Azerbaijan” MMC 2026-cı ildə yaranmışdır. Müəssisədə 100-dən çox çeşid olmaqla müxtəlif ölçülərdə keramoqranit, kafel və metlax istehsalı nəzərdə tutulur.
Müraciətin
Bu vakansiya haqqında suallar
Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı Şamaxı yolu 15-ci km.
6 günlük iş qrafiki, saat 09:00-17:00 arasıdır.
Əmək haqqı 800 ₼ təşkil edir.
Minimum 3 il təcrübə tələb olunur.
CV-ləri “Qaynaqçı çilingər” başlığı altında elektron poçt ünvanına göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQaynaqçı üzrə Abşeron şəhərində digər açıq elanlar.
Metal konstruksiyaların qaynaq və çilingər işlərini yerinə yetirir, 1-3 il təcrübə tələb olunur.
Nerj boruların qaynağını və montajını həyata keçirir, ölçü götürmə bacarığı tələb olunur.
Metal konstruksiyaların qaynağını etmək və arqon, kontakt, elektrik qaynağını bilmək tələb olunur.



