Mexanika mühəndisi mexaniki avadanlıqların təmiri və texniki xidmətini təmin edir, 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Qazanxana sistemlərinin, köməkçi mexanizmlərin (nasoslar, mühərriklər, soyutma avadanlıqları və s.) düzgün istismarını, təhlükəsiz və fasiləsiz fəaliyyətini təmin etmək, tələb olunduqda onları işə salmaq və ya dayandırmaq.
- Buxar təzyiqini, suyun səviyyəsini, qızdırıcı sistemlərə verilən suyun temperaturunu, manometrləri, qoruyucu klapanları və avtomatik cihazları davamlı izləmək, normativlərə uyğunluğunu saxlamaq.
- Avadanlıqlarda yaranan nasazlıqları vaxtında müəyyən etmək və dərhal aidiyyəti şəxslərə məlumat vermək.
- Avadanlıqların iş rejiminə dair texniki göstəricilərinin qeydiyyatını aparmaq, sahə üzrə normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müvafiq jurnalları və sənədləşməni tərtib etmək.
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, yanğından mühafizə üzrə normalara, eləcə də daxili nizam-intizam normalarına riayət etmək.
Tələblər
- Təhsil: Orta texniki təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 ildən yuxarı
- Yaş həddi: 20-45 yaş aralığında
- Sertifikat: Qazanxanaçı sertifikatı
- Yüksək texniki biliklər
İş rejimi və şərtlər
- İş yeri: Bakı şəhəri, Yasamal Rayonu
- İş rejimi: növbəli (yalnız gecə növbəsi)
- Əmək haqqı: 562 Azn Gross
Maraqlanan namizədlər öz CV-lərini və setifikatlarının surətini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
CV göndərərkən vəzifəni qeyd etməyiniz xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakı şəhəri, Yasamal rayonundadır.
İş növbəli rejimdədir, yalnız gecə növbəsi.
Əmək haqqı 562 ₼ (brutto) təşkil edir.
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur.
Orta texniki təhsil tələb olunur.
Namizədlər CV və qazanxanaçı sertifikatının surətini göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQazanxana texniki üzrə Bakıda digər açıq elanlar.
Texniki avadanlıqların quraşdırılması, təmiri və su təchizatı sistemlərinin texniki xidmətini həyata keçirir.
İstehsalat xətlərinin avtomatlaşdırılmış idarəetmə sistemlərini idarə etmək və PLC bilikləri tələb olunur
Tikinti sahəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarət edir, mühəndislik təhsili tələb olunur.




