Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 iyul 2026
Dillər
Azerbaijani, English

Vakansiya haqqında

Qazma üzrə supervayzerlərin əsas fəaliyyət istiqamətlərinə aşağıdakılar daxil olacaqdır:quyunun qazılması prosesinə sahədə fasiləsiz texniki və əməliyyat nəzarətinin həyata keçirilməsi;qazma proqramlarının, iş planlarının və gündəlik əməliyyat hesabatlarının yoxlanılması;qazma məhlulunun texnoloji parametrlərinin layihəyə uyğun saxlanılmasına nəzarət;qoruyucu kəmərlərin endirilməsi, quyu ağzı avadanlıqlarının, atqı xətlərinin və fontana qarşı avadanlıqların sınaqlarının izlənilməsi;podratçı və subpodratçı təşkilatların işinin koordinasiya edilməsi və fəaliyyətinə nəzarət;alət, avadanlıq, material və personalın vaxtında mobilizasiyasının təmin edilməsinin izlənilməsi;layihədən kənarlaşmaların, texniki mürəkkəbləşmələrin və qeyri-məhsuldar vaxt itkilərinin səbəblərinin təhlil edilməsi;əməliyyat zamanı yaranan risklərin qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi üçün rəhbərliyə operativ məlumat verilməsi;əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmasının təmin edilməsi. Xüsusi tələblər Təqdim olunacaq namizədlərin aşağıdakı əsas tələblərə cavab verməsi gözlənilir:qazma, neft-qaz mühəndisliyi və ya uyğun texniki sahə üzrə ali təhsil;neft və qaz quyularının qazılması üzrə əsaslı praktiki iş təcrübəsi;qazma qurğusunda və ya qazma əməliyyatlarına nəzarət sahəsində supervayzerlik təcrübəsi;qazma texnologiyaları, quyu konstruksiyası, qazma məhlulları, qoruyucu kəmərlər və fontana qarşı avadanlıqlar üzrə biliklər;mürəkkəb və fövqəladə əməliyyat vəziyyətlərində operativ qərarvermə bacarığı;podratçı təşkilatlarla işləmək, işçi heyəti koordinasiya etmək və əməliyyat intizamını təmin etmək bacarığı;növbəli və rotasiya əsaslı iş rejimində işləmək imkanı;müvafiq təhlükəsizlik və peşə sertifikatlarının olması. Müraciət etmək üçün: [email protected]

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
Qazma üzrə supervayzer
Müraciət et