Elektrik və ağıllı ev sistemlərinin montajını və sazlanmasını həyata keçirmək bacarığı tələb olunur
Vakansiya haqqında
- Şirkətin xidmət müqaviləsi çərçivəsində idarə etdiyi binalarda aşağıdakı avadanlıq və sistemlərin fiziki servis və texniki baxımını icra etmək: – Elektromexaniki qapı kilidləri, elektromaqnit kilidlər – Turniketlər, şlaqbaumlar və avtomatik baryerlər – Liftlərin giriş-çıxış düymələri, çağırış panelləri – Domofon sistemləri (audio və video) – IP kameralar, DVR/NVR qeydiyyat cihazları – Çıxış düymələri (exit button), kart oxuyucular, biometrik oxuyucular – Zəif cərəyan kabelləşməsi (UTP, koaksial, enerji kabelləri)
- Bina menecerlərinin və sakinlərin yaratdığı sorğu və şikayətlərə operativ reaksiya vermək, problemləri yerində aradan qaldırmaq və ya zəruri hallarda yuxarı instansiyaya (texniki rəhbərə) məlumat vermək.
- Mənzillərdə və ümumi sahələrdə domofon sisteminin kabelləşməsinə nəzarət etmək, nasaz kabelləri aşkar edib təmir/əvəzləmə işlərini yerinə yetirmək.
- Yeni quraşdırılmış domofon, kamera və giriş-çıxış sistemlərinin fiziki quraşdırılmasına dəstək vermək (kabel çəkilişi, cihaz montajı, test etmə).
- Avadanlıqların profilaktik baxışını aparmaq, potensial nasazlıqları əvvəlcədən aşkar etmək və qarşısını almaq.
- Hər ziyarətdən sonra xidmət aktı (sənəd və ya mobil tətbiqdə) doldurmaq, görülən işləri, istifadə olunan ehtiyat hissələrini qeyd etmək.
- Anbarda olan ehtiyat hissələrinin (kabel, konnektor, güc mənbəyi, rele və s.) sərfiyyatına nəzarət etmək, çatışmazlıq olduqda vaxtında məlumat vermək.
- İş zamanı təhlükəsizlik qaydalarına (elektrik təhlükəsizliyi, hündürlükdə iş qaydaları) ciddi riayət etmək, şəxsi mühafizə vasitələrindən istifadə etmək.
- Şirkətin verdiyi avtomobil, alət və avadanlıqlara qayğı ilə yanaşmaq, onların saz vəziyyətdə saxlanmasına cavabdeh olmaq.
- Gerekli hallarda qonşu sahə əməkdaşları ilə əməkdaşlıq edərək böyük həcmli işləri birlikdə icra etmək.
- Rəhbərliyin əlavə tapşırıqlarını (məsələn: yeni obyektə baxış, inventarlaşdırma, təlimlərdə iştirak) vaxtında və keyfiyyətli yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Bakıda yerləşir.
Əmək haqqı 800–1000 ₼ arasındadır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçİş vaxtı və iş günləri elan edilməyib.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarQuraşdırma texniki üzrə Bakıda digər açıq elanlar.
Metal konstruksiyaların texniki çertyojlara uyğun quraşdırılmasını təmin etmək üçün əl və elektrik alətlərindən istifadə etmək bacarığı tələb olunur
Elektron cihazların quraşdırılmasını həyata keçirir və müştərilərə xidmət göstərir.
İstehsalat avadanlıqlarının mexaniki təmir və texniki xidmətini həyata keçirir, 3-5 il təcrübə tələb olunur.




